PDF Oxu

Siyasət

  • 2 592

Prezidentin müsahibəsi yeni istiqamət müəyyənləşdirdi ŞƏRH

Prezidentin müsahibəsi yeni istiqamət müəyyənləşdirdi ŞƏRH

12 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. Müsahibə zamanı ölkə başçısı Qarabağın bərpa və yenidənqurma işləri, Azərbaycan ilə Ermənistan arasındakı münasibətlər, ölkənin xarici siyasəti, ölkədə kadr islahatları və digər məsələlər barədə jurnalistlərin suallarını cavablandırmışdır.Müsahibə zamanı prezident İlham Əliyev demişdir: “Qarabağ və Zəngəzurda tətbiq edilən yanaşma sonra bütün ölkə üzrə də tətbiq olunacaq. İndi yeni idarəetmə modeli üzərində işlər aparılır. Kadr potensialı çox önəmlidir. Azad edilmiş torpaqlarda daha çevik, daha operativ, bürokratiyaya, xoşagəlməz hallara qurşanmamış yeni strukturlar yaradılıb”.44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunmuş torpaqlarımızda bərpa və yenidənqurma işlərinə başlanıldı. Azərbaycan Respublikasının Prezidenti xüsusi nümayəndəlikləri ilə bağlı 4 fevral 2021-ci ildə Fərman təsdiq etmişdir. Fərmana əsasən Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa istisna olmaqla) cənab Prezident xüsusi nümayəndələr təyin etdi. İlk dəfə xüsusi nümayəndə Şuşa şəhərinə təyin edildi. Qarabağ və Şərqi Zəngəzurda müasir idarəetmə modelinin uğurlu tətbiqi bütün regionlarımızın da uğurlu inkişafına vasitəçi olacaqdır. Ölkə başçısının qəbul etdiyi qərarların dövlət orqanları tərəfindən müvafiq ərazidə həyata keçirilməsi vəziyyətini qiymətləndirmək və bununla bağlı aidiyyəti üzrə məlumat vermək və s. xüsusi nümayəndəliklərin vəzifə və hüquqlarıdır.Qarabağ və Şərqi Zəngəzur idarəetmə modeli baxımından digər bölgələrimiz üçün də nümunəvi olacaqdır.Müsahibə zamanı “Laçın-Xankəndi yolunda azərbaycanlı eko-fəalların aksiyasında iştirak edən gənclər bizim fəximizdir. Gecə-gündüz şaxtalı-qarlı havada oradadırlar. Öz haqlarını tələb edirlər və bir daha Azərbaycan gəncinin nə qədər yüksək keyfiyyətlərə malik olmasını bütün dünyaya göstərirlər: - bildirən cənab Prezident İlham Əliyev “onlar bizim fəxrimizdir” sözlərini vurğuladı. Artıq bir aydan çoxdur ki, Azərbaycan gənci nə qədər yüksək keyfiyyətlərə malik olmasını bütün dünyaya nümayiş etdirir və etdirəcəkdir. Azərbaycanlı eko-fəalların tələbləri tam ədalətlidir. Çıxış yolu olana qədər bu aksiya davam edəcəkdir. 30 gündən çoxdur ki, eko-fəallar və QHT təmsilçiləri Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqları, xüsusilə Qızılbulaq və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq Laçın-Xankəndi yolunda aksiyanı davam etdirirlər. Aksiyanın məqsədi qazıntı yataqlarının qanunsuz talanmasını dayandırmağı və Rusiya sülhməramlı qüvvələrinin komandanı, general-mayor Andrey Volkovun əraziyə gəlməsini, eko-fəalların tələblərini dinləməsini tələb edirlər.Azərbaycan gəncləri olaraq bizim borclarımızdan biri də ekologiyamızın da qayğısına qalmaqdır. Bizim Vətənimizdə, torpaqlarımızda ekoloji cinayət törədilirsə buna göz yuma bilmərik. Biz gənclər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanında sıx birləşmişik, hər birimiz istər Qarabağımızın, istərsə də digər regionlarımızın keşiyində durmağa hər an hazırıq və bu bizim vətəndaş borcumuzdur.

Nigar İmaməliyeva
YAP Yasamal rayon AMEA Folklor İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər