PDF Oxu

Siyasət

  • 2 542

Zirvəyə aparan yol ŞƏRH

Zirvəyə aparan yol ŞƏRH

Təməli Heydər Əliyev tərəfindən qoyulan hər bir sahədə olduğu kimi, idman sahəsində də inkişaf, tərəqqi cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Bunun bariz nümunəsi olaraq, Azərbaycan idman ölkəsi kimi, digər inkişaf etmiş dünya ölkələri sırasındadır, ən mötəbər idman tədbirləri bizim ölkəmizdə keçirilir, ali idman oyunları olan Olimpiya Oyunlarının keçirilməsinə namizəd olan ölkələr sırasındadır. Dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın beynəlxalq olimpiya hərəkatında müstəqil və daha yaxından iştirakı üçün geniş imkanlar yarandı. Müstəqilliyin ilk illərində bədən tərbiyəsi və idman işlərinin təşkili sahəsində çətinliklər var idi. Həmin dövrdə Milli Olimpiya Komitəsi qarşısında dayanan ümdə vəzifələrin həyata keçirilməsi üçün özünü kənarda qoymamalı, aparıcı rol oynamalı idi. Ölkənin müxtəlif bölgələrində çoxsaylı idman kompleksləri tikilib istifadəyə verilir, mövcud idman kompleksləri, stadionlar və digər idman meydançaları təmir edilir, günün tələblərinə uyğun yenidən qurulur. Məlum olduğu kimi, bədən tərbiyəsi və idmanın inkişafı ölkənin hərtərəfli inkişafına xidmət edir. İdman ümummilli dəyərdir. İnsanların fiziki cəhətdən sağlam və güclü olması dövlətin müdafiəsini və iqtisadiyyatının yüksəlməsində xüsusi rol oynayır. Buna görədə hər bir dövlətin əsas məqsəd və vəzifələrindən biri ölkədəki mövcud idman ənənələrini qoruyub inkişaf etdirməkdir. Bədən tərbiyəsi və idman insanda müsbət əxlaqi keyfiyyətlər, vətənə məhəbbət, ailəyə bağlılıq, özünəinam, səbr, mətanət, dözüm və s. formalaşdırır. Bundan başqa, bədən tərbiyəsi və idmanın köməyi ilə digər tərbiyə növləri - əmək tərbiyəsi, şəxsi gigiyena tərbiyəsi, iqtisadi tərbiyə, estetik tərbiyə, hüquq tərbiyəsi daha da inkişaf edir. Bununla yanaşı, unutmaq olmaz ki, yuxarıda qeyd olunanlar, ölkəmizin indiki vəziyyətində, işğala məruz qaldığı bir vaxtda, onun müdafiə qüdrətinin güclənməsi ilə də birbaşa bağlıdır. Sağlam və güclü gənc nəsil gələcəyin etibarlı təminatıdır.

Elşən Səfərov
YAP Ağcabədi rayon təşkilatının əməkdaşı

Digər xəbərlər