PDF Oxu

Siyasət

  • 1 874

"Sanksiyalar İran rejiminin çöküşünü sürətləndirəcək" - DEPUTAT DANIŞDI

"Sanksiyalar İran rejiminin çöküşünü sürətləndirəcək" - DEPUTAT DANIŞDI

“İran yeganə ölkədir ki, vətəndaşlarına qarşı ən qəddar və insanlığa sığmayan qərarlar verir, insan haqları bütün sahələrdə kütləvi şəkildə pozulur. Xüsusi ilə bu ölkədə yaşayan 40 milyon azərbaycanlıya qarşı qeyri-insani davranış nümayiş etdirən fars rejimi, öz hüquqları uğrunda mübarizə aparan insanları təqib edir, vəhşicəsinə öldürür, edam edir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Jalə Əhmədova bildirib.Onun sözlərinə görə, İranda ayrı-seçkiliyə məruz qalan soydaşlarımızın milli kimlikləri təhqir olunur, təhsil hüquqları pozulur, Azərbaycan dilindən istifadə etmələrinə qəti qadağalar qoyulur və s. Bu azmış kimi yüz illərdir yaşadıqları şəhər, kənd, küçə, məhəllə adları dəyişdirilərək farslaşdırılır və soydaşlarımız məcburiyyət qarşısında həmin adları fars dilində yazıb oxuyurlar. Bu isə İran azərbaycanlılarının milli mədəniyyətinə, mənəviyyatına təcavüz deməkdir.Artıq neçə aydır ki, hakimiyyət əleyhinə olan etirazlar davam edir. Etirazçılara qarşı ən sərt cəza tədbirləri tətbiq edən İran rejimi isə bununla onların gözünü qorxutmağa çalışır. Hətta məsələ o yerə çatıb ki, rejimdəki mollalar insanları edam etməklə sakitləşmir və ən qorxunc cəzanı, etirazçıların əl və ayaqlarının kəsilməsini tələb edirlər. Hakimiyyətin ömrünü uzatmaq məqsədi daşıyan bu qəddarlığı və vəhşiliyi həm də onunla izah etmək olar ki, hökumət xalqdan, kütlədən qorxur. İran hökuməti unudur ki, heç bir dövlət kütlənin qarşısında tab gətirə bilməz.Bu gün dünya dövlətlərinin, beynəlxalq təşkilatların qınağını heçə sayan İrana qarşı iqtisadi sanksiyaların artması, təbii olaraq gec-tez İran rejiminin çöküşü ilə nəticələnəcək”.

Müəllif: Səbinə Hüseynli

Digər xəbərlər