“20 Yanvar Azərbaycanın milli azadlıq hərəkatı və müstəqillik yolunda ən böyük mübarizə yollarından biridir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov deyib.Onun sözlərinə görə, məhz 20 yanvar hadisələri bütün Azərbaycan xalqını dünyaya tanıtdı və Sovet İttifaqının süqutunun əsasını qoydu: “Bir çox qərb ölkələri Azərbaycan tərəfindən belə miqyasda hadisələrin baş verəcəyini belə gözləmirdilər. Burada xalq bir və vahid idi, xalqın gücü qarşısında isə imperiya tab gətirə bilmədi”.Vüqar Əhmədov sözlərinə belə davam edib: “Düşünürəm ki, dünyada Azərbaycan xalqına və dövlətinə məhz 20 Yanvarda göstərdiyi mübarizəyə görə hörmət edirlər və bizim digər faciələrə nisbətən bu, dünyada daha çox geniş yayılıb. Biz bunu hər zaman dünyaya xatırlatmağı bacarmalıyıq və gənc nəsilə də bu hadisələr çatdırılmalıdır”.
Ayşən Vəli