Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib.Tədbir Ümummilli Lider Heydər Əliyevin abidəsinin ziyarət olunması ilə başlanıb, iştirakçılar abidənin önünə gül dəstələri düzərək, Ulu Öndərin əziz xatirəsinə dərin hörmət və ehtiram ifadə ediblər.Sonra tədbir Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının akt zalında davam etdirilib.Tədbirdə Dövlət Himni səsləndirilib, Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Sonra rayon təşkilatının sədri Fidan Hüseynova məruzə ilə çıxış edərək, 1993-cü ilin yanvar ayının 16-da respublika rayonları arasında 2-ci olaraq təsis konfransı keçirilərək Yeni Azərbaycan Partiyasının Quba rayon təşkilatı yaradılıb:"Bu gün artıq təşkilatımız sağlam düşüncəli, partiyanın amalına sədaqətli, Cənab Prezidentin daxili və xarici siyasətini dəstəkləyən 9608 nəfər partiya üzvünü öz ətrafında birləşdirib. Onlar 82 ərazi partiya təşkilatında təmsil olunurlar. Partiya üzvlərinin 4044 nəfərini qadınlar, 1979 nəfərini 18-35 yaşlı gənclər təşkil edir".Tədbirdə çıxış edən Quba rayon İcra Hakimiyyətinin Başçısının 1-ci müavini Taryel İbrahimov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin ideyaları yaşayır, qalib gəlir. Azərbaycan Prezidenti, Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyev tərəfindən bu ölməz amallar sədaqətlə, cəsarətlə daha müvəffəqiyyətlə həyata keçirilir.Tədbirdə çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının müəllimi, əməkdar mədəniyyət işçisi Elza Orucova vurğulayıb ki, Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi və Müzəffər, rəşadətli Azərbaycan Ordusunun yüksək qəhrəmanlığı sayəsində böyük Zəfər qazanıldı. İndi həmin ərazilərimizdə quruculuq və abadlıq işləri aparılır. Bu şərəfli missiyanın həyata keçirilməsində Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının bütün üzvləri, bütün qubalılar Möhtərəm Prezidentimizin ətrafında sıx birləşib, onun apardığı siyasəti dəstəkləyir, hər zaman olduğu kimi Onun yanındayıq. Şəhid anası Mehriban Əliyeva çıxış edərək, Yeni Azərbaycan Partiyasının qələbələr partiyası olduğunu vurğulayıb. Şəhidlərin ailə üzvülərinin, qazilərimizin dövlətimiz tərəfindən daim qayğı ilə əhatə olunduqlarını, göstərilən diqqət və qayğıya görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib,Vətən Naminə Şəhid ailələrinə dəstək İctimai Birliyi-nin sədri, şəhid anası Tünzalə Abduləlimova şəhid ailələri, qazilər və digər həssas qrupa aid insanlara dövlət tərəfindən diqqət və qayğının göstərilməsindən danışıb. Bu kateqoriyadan olan insanların mənzil-məişət şəraitinin yaxşılaşdırılması kimi məsələlərin dövlətimizin yürütdüyü siyasətin prioritet istiqamətlərindən olduğunu bildirib.Quba rayon Ağsaqqallar Şurasının sədri İldırım Məmmədov bildirib ki, Heydər Əliyev dühasının Yeni Azərbaycan Partiyasının proqramında ifadəsini tapmış dövlətçilik strategiyası son 30 ildə bütün istiqamətlərdə Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi prinsiplərinə söykənib. Bu müddətdə hüquqi dövlət quruculuğu, ölkənin iqtisadi və sosial inkişafı, Azərbaycanda vətəndaş cəmiyyətinin qurulması, milli təhlükəsizlik və xarici siyasət məsələlərinin həlli istiqamətində mühüm işlər görülüb. Bunlar partiyaya olan inamı, etimadı daha da gücləndirib və sarsılmaz edib.Sonra partiya işindəki səmərəli fəaliyyətlərinə görə, bir qrup şəxs Fəxri fərman və qiymətli hədiyyələrlə təltif edilib.Tədbirin sonunda partiya sıralarına yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələri təqdim edilib.
Nəzakət ƏLƏDDİNQIZI