PDF Oxu

Siyasət

  • 1 792

“Azərbaycan xalqının müstəqillik uğrundakı səsini heç kim boğa bilmədi“ - SƏDR DANIŞDI

“Azərbaycan xalqının müstəqillik uğrundakı səsini heç kim boğa bilmədi“ - SƏDR DANIŞDI

“20 Yanvar hadisəsi hər zaman bizim yaddaşlarımızda qalacaq. Bugün Azərbaycanın dünyada qazandığı nüfuzunda bu hadisə böyük rol oynayır”. SİA xəbər verir ki, bu sözləri “20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş anım tədbiri”də çıxışı zamanı YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev deyib.Onun sözlərinə görə, Azərbaycan xalqının azadlıq uğrunda verdiyi şəhidlərin qəlbində böyük vətənpərvərlik hissi olub: “Bu vətənpərvərlik hissi isə tarixdən gəlir. Azərbaycan müstəqilliyi uğrunda apardığı mübarizələr zamanı belə hər zaman öz mənəviyyatını, mövqeni qoruyub.Bizim xalq kökəlikdən qurtulmaq üçün 20-ci əsrin sonlarından başlayaraq azadlığı uğrunda mübarizəyə qalxdı. Bu yolda çox qanlar töküldü, şəhidlərimiz oldu. Amma Azərbaycan xalqının müstəqillik uğrundakı səsini heç kim boğa bilmədi. Eyni zamanda bu dövrlər ərzində Ulu Öndər Heydər Əliyevin xalqın azadlığı, müstəqilliyi üçün gördüyü işlər müstəqillimiz üçün təməl addımlar oldu. Xüsusilə də Ümummilli Lider Heydər Əliyevin istənilən halda hər zaman Azərbaycan xalqının yanında olduğunu vurğulamaq lazımdır. Məhz bu birlik bizi müstəqilliyimizə qovuşdurdu”.

Müəllif: Səbinə Hüseynli

Digər xəbərlər