PDF Oxu

Siyasət

  • 1 932

Erməni siyasi şərhçisi xəbərdarlıq etdi ANALİTİK+AKTUAL

Erməni siyasi şərhçisi xəbərdarlıq etdi ANALİTİK+AKTUAL

Ambarsum Kerobyan: “Biz quru zaman kəsimində hakimiyyətin növbəti axmaqlığını müşahidə edirik”

Ermənistanın baş naziri Nikol Paşinyanın ölkəsini inkişaf etdirmək və regionda sülhün bərqərar olmasını təmin etmək, bunun üçün qonşuları ilə münasibətlərini normallaşdırması yerinə tamamilə fərqli, yaxud əks siyasət yürütməsi artıq erməni siyasətçiləri və politoloqları tərəfindən də sərt şəkildə tənqidlərə məruz qalmaqdadır. Erməni şərhçiləri hesab edirlər ki, məhz bunun səbəbindən rəsmi Bakının mövqeyi daim İrəvanın mövqeyini qat-qat üstələyir, üstəlik qarşıdakı illərdə Ermənistanın mövcudluğunu sual altında qalması reallığı artmağa başlayır.
“Bəs Nikol Paşinyan nə ilə cavab verəcək? Davosa getməməsi ilə”
Bu mənada, Ermənistanın tanınmış siyasi şərhçisi Ambarsum Kerobyanın fikirləri diqqət çəkir. Onun sözlərinə görə, Ermənistan özünün mövcudluğu üçün siyasi baxışlarını dəyişdirməlidir. O, buna misal kimi Davos iqtisadi forumunu nümunə gətirib. SİTAT: “Davosda beynəlxalq iqtisadi forumun keçirilməsi bunun üçün əla meydandır. Bununla yanaşı, forumda 50 dövlət və hökumət başçıları, 19 mərkəzi bank rəhbərləri, 30 ticarət nazirləri, 35 XİN başçıları, həmçinin Birləşmiş Millətlər Təşkilatının beynəlxalq təmsilçiləri, Beynəlxalq valyuta fondu və Ümumdünya ticarət təşkilatının nümayəndələri iştirak edirlər. Artıq Azərbaycan Prezidenti oradadır. O, Davosa Dayanıqlı inkişaf həftəsində iştirak etdiyi Əbu-Dabidən gedib. Bəs Nikol Paşinyan nə ilə cavab verəcək? Davosa getməməsi ilə”.
"Sonra isə biz görəcəyik və təəccüb edəcəyik ki, nəyə görə Azərbaycanın dünyadakı mövqeyi bizimkindən daha çox eşidilən və qəbul ediləndir”
Göründüyü kimi, erməni siyasi şərhçisi Ermənistanın baş nazirini fəaliyyətsizlikdə və uğursuzluqda günahlandırır. O, xatırladıb ki, Paşinyan ötən il də Davosa getməyib: “Hökumət səfərin baş tutmaması və səbəbləri barədə heç nə demir. Və biz quru zaman kəsimində hakimiyyətin növbəti axmaqlığını müşahidə edirik ki, onlar dünyada gedən mühüm proseslərdən, dünyanın ən əhəmiyyətli iqtisadi və siyasi mühitindən özlərini izolyasiya edirlər. Sonra isə biz görəcəyik və təəccüb edəcəyik k, nəyə görə Azərbaycanın dünyadakı mövqeyi bizimkindən daha çox eşidilən və qəbul ediləndir”, deyə erməni siyasi şərhçisi Ambarsum Kerobyan bildirib.Beləliklə, faktlar ortadadır və əgər Ermənistan Azərbaycan qarşısında istər diplomatik, istərsə iqtisadi, istərsə də hərbi və s. cəhətlərdən məğlub vəziyyətində qalırsa bu, mövcud Paşinyan iqtidarının məsuliyyətin altına olan reallıqdır. Və bu reallığı biz demirik, elə erməni siyasi ictimaiyyətinin, yaxud siyasi cəmiyyətinin tanınmış nümayəndələri etiraf edirlər.Hər halda, erməni siyasi şərhçisi Kerobyan yuxarıda qeyd edilən fikirlərini səsləndirərkən həqiqəti vurğulayır. O, bu vasitə ilə erməni ictimai rəyinə çatdırmaq istəyir ki, belə davam etsə, daha dəqiq desək, Ermənistanda doğru-dürüst, hadisələri sağlam başla qiymətləndirən hakimiyyət olmasa, bu ölkənin gələcəyi böyük sual altında qalır.
Rövşən RƏSULOV

Digər xəbərlər