PDF Oxu

Siyasət

  • 3 909

20 Yanvar faciəsindən 33 il ötür

20 Yanvar faciəsindən 33 il ötür

20 Yanvar faciəsindən artıq 33 il ötür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Respublikanın bir neçə regionuna qoşun yeridilib. 20 Yanvar faciəsi müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub. 1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir. O, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. Qanlı Yanvar günündən sonra fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda yanvarın 25-də Neftçala, yanvarın 26-da Lənkəranda 8 nəfər qətlə yetirilmişdir. Ümumilikdə Respublikada 147 nəfər öldürülmüş, 744 nəfər yara¬lan¬mış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Dövlət, ictimai və şəxsi əmlaka həmin dövrün qiymətləri ilə 5.637.286 rubl miqdarında maddi ziyan vurulmuşdu.1990-cı ilin iyul ayında Moskvadan Vətənə qayıdan ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə həmin ilin 21 noyabr tarixində Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən sənəd qəbul edildi. Naxçıvan Ali Məclisində qəbul olunmuş və 20 Yanvar faciəsinə ilk siyasi-hüquqi qiymət verən Ulu öndər Heydər Əliyev qətiyyətinin təzahürü kimi tarixə düşdü. Dahi lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra 20 Yanvar hadisələrinin hüquqi müstəvidə əsl mahiyyəti açıqlandı. 12 yanvar 1994-cü il tarixində keçirilən müşavirədə Ümummilli lider Heydər Əliyev deyirdi: “Xalqa təcavüz olunmuş, günahkarlar isə hələ müəyyənləşdirilməmişdir. Görünür ki, ötən yaxın illərdəki Sovetlər Birliyi, respublika rəhbərliyi, məsul şəxslər öz mənafeləri naminə bu böyük faciənin əsl mahiyyətini xalqa bəyan etməmişdir”. 29 mart 1994-cü il tarixində Milli Məclisin qəbul etdiyi qərarda 20 Yanvar faciəsinin günahkarları konkret qeyd olundu və bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirildi. Şəhidlərin xatirəsi əbədiləşdirildi, Şəhidlər Xiyabanında “Əbədi məşəl” abidə-kompleksi ucaldıldı. 20 Yanvar Ümumxalq Hüzn Günü elan edildi. Şəhid ailələrinin, 20 Yanvar hadisələrində əlil olan şəxslərin sosial müdafiəsi gücləndirildi. Ulu öndər Heydər Əliyevin Fərmanı ilə 2000-ci ildə “20 Yanvar Şəhidi” fəxri adı təsis olunub.Ümummilli lider Heydər Əliyev siyasətinin davamçısı cənab Prezident İlham Əliyev 20 Yanvar əlillərinə və şəhid ailələrinə daim diqqət, qayğı göstərir. Əlil və şəhid ailələri dövlət büdcəsi hesabına mənzillə təmin olunub. 13 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin artırılması ilə bağlı 19 yanvar 2006-cı il tarixli Fərmanında dəyişiklik edilməsi barədə sənəd imzalayıb. Fərmana əsasən 20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikasının Prezidentinin təqaüdünün aylıq məbləği 1 yanvar 2023-cü il tarixindən etibarən 600 manat müəyyən edilib.Həmin gün Ümummilli Hüzn Günü elan edilib. Yüz minlərlə insan faciə qurbanlarının xatirəsini yad etmək üçün Xiyabana axışırlar. Hər il 20 yanvar günü Bakı vaxtı ilə saat 12:00-da ölkənin hər bir yerində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilir. Hüzn əlaməti olaraq dövlət bayrağı endirilir, gəmilərdən, avtomobillərdən, qatarlardan və səs siqnalları verilir.

Allah şəhidlərimizə rəhmət eləsin!

Nigar İmaməliyeva
YAP Yasamal rayon AMEA Folklor İnstitutu
üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər