PDF Oxu

Siyasət

  • 2 471

“20 Yanvar” xalqımızın qürur tarixinin ilk səhifəsidir ŞƏRH

“20 Yanvar” xalqımızın qürur tarixinin ilk səhifəsidir ŞƏRH

20 Yanvar – Azərbyacan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 yanvar hadisəsindən artıq 33 il keçir. 20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, istiqlal yolumuzun ilk zirvəsi və azadlıq və istəyimizin oyanış günüdür. Bu gün uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.1990 – cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli kütləvi qırğın hadisəsi törədildi. Sovet imperiyası günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola bilmədi, milli qürurumuzu qıra bilmədi.33 il əvvəl Azərbaycan xalqına qarşı törədilmiş cinayət əslində, bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır. Bu faciədə 147 Azərbaycan vətəndaşı şəhid olmuş, 638 nəfər yaralanmış və xəsarət almış, 841 nəfər qanunsuz olaraq həbs edilmiş, nəticədə insan hüquqlarına dair bir çox beynəlxalq sənədlərin , o cümlədən ümumdünya İnsan Hüquqları Bəyannaməsinin tələbləri kobudcasına pozulmuşdur. Bu hadisələr həmçinin beynəlxalq humanitar hüququn ciddi və kobud şəkildə pozuntusunu təşkil etməklə, birbaşa 1949- cu il Cenevrə konvensiyalarına ziddir.Azərbaycan xalqının ən ağır günlərində dünya şöhrətli siyasi xadim Heydər Əliyev həyatını gözləyən təhlükəyə baxmayaraq , Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfransında bu vəhşiliyi pisləyir və bunu insanlığa , hüquqa, demokratiyaya zidd aksiya adlandırır.Vətən yolunda şəhidlik əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsidir.Ulu öndər Heydər Əliyev 1990- cı ilin 20 Yanvar gecəsi məhz belə bir zirvəni fəth edən vətən oğullarının fədakarlığını yüksək qiymətləndirərək demişdir: “20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan xalqı üçün , Azərbaycan gəncləri üçün örnəkdir. Azərbaycanın bugünkü nəsli də , gələcək nəsli də bu şəhidlərin qəhrəmanlığından nümunə götürəcəklər, Azərbaycan xalqının milli azadlığını qorumaq üçün, müstəqilliyini qorumaq üçün daim mübarizə aparacaqlar. Daim qəhrəmanlıq nümunələri, vətənpərvərlik nümunələri göstərəcəklər. Ona görə də bu şəhidlərin həlak olması bizim üçün nə qədər qəm-qüssə doğurursa, nə qədər ağır itkidirsə, o qədər də xalqımız üçün qəhrəmanlıq nümunəsi kimi, örnək kimi bizim milli sərvətlərimizdir, milli iftixarımızdır”. Ulu Öndər Heydər Əliyev həmin günlərdə Azərbaycan xalqının kədərini bölüşməklə yanaşı, qanlı 20 Yanvar hadisəsinə ilk həqiqi siyasi qiymət vermişdir.Bu siyasət Ümummilli lider layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir. Azərbaycan Prezidentinin 2000-ci il yanvarın 17-də imzaladığı Fərman ilə 1990- cı il 20 yanvar faciəsi zamanı şəhid olanlara “20 Yanvar Şəhidi” fəxri adı verilmişdir. Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidi. Azərbaycan xalqı onun qanlı yaddaşında silinməz iz qoyan 20 Yanvar faciəsini hər il qeyd edir , öz qəhrəman övladlarının əziz xatirəsini dərin ehtiramla yad edir və bu faciəni heç vaxt unutmayacaqdır.

Allah bütün şəhidlərə rəhmət etsin!!!

Telman İbadov
YAP Yasamal rayon “A.M.Şərifzadə küç.762” ( Ak.M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası Publik Hüquqi Şəxs) ünvanı üzrə partiya təşkilatının sədri

Digər xəbərlər