“Yanvarın 16-dan 20-dək İsveçrənin Davos şəhərində “Parçalanmış dünyada əməkdaşlıq” devizi altında Dünya İqtisadi Forumu (WEF - World Economic Forum) keçirilir. Təşkilatçılara görə, bu il Davosa rekord sayda iştirakçı gəlib”. Bu sözləri SİA-ya açıqlamasında deputat Ülviyyə Həmzəyeva deyib.
Onun sözlərinə görə, bu forum ötən əsrin 70-ci illərindən dünya liderlərini, iri şirkətlərin top menecerlərini, siyasi və ictimai xadimləri qəbul edir: “2021-ci ildə WEF-in iclası koronavirus pandemiyası səbəbindən onlayn keçirilib. 2022-ci ildə Forum COVID ilə əlaqədar olaraq yanvar ayında deyil, may ayında keçirilmişdir.Davosda keçirilən Dünya İqtisadi Forumu dövlət-özəl sektor əməkdaşlığı üzrə beynəlxalq təşkilatdır. Forum 1971-ci ildən fəaliyyətə başlayıb. Forumun təsisçisi və daimi rəhbəri Cenevrə Universitetinin professoru Klaus Şvabdır. Dünya İqtisadi Forumunun builki proqramı da - dünyanın ən aktual problemlərinin həlli üçün dövlət və özəl sektorları tərəfdaşlığa, dünya liderlərini enerji, iqlim və ticarət sahələrində birgə işləməyə çağırır”.Deputat sözlərinə belə davam edib: “Dünya İqtisadi Forumu gün ərzində müxtəlif mövzular üzrə çoxsaylı sessiyalara bölünür və iclaslarda iştirak nümayəndələrin şəxsi seçimindən daha çox təşkilatçı tərəfindən dəvət əsasında təmin olunur.Azərbaycanın Davos İqtisadi Forumunda iştirakı Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı dövrü əhatə edir. Belə ki, Ümummilli liderin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan bir-birindən əhəmiyyətli iqtisadi uğurlara imza ataraq, dünya iqtisadiyyatının bir parçasına çevrilmişdir. Ölkəmizin uğurlarının dünyaya təqdimatında Forumun əhəmiyyəti danılmazdır.Son illərdə Azərbaycanın Davos İqtisadi Foumunda iştirakı və fəallığını ilbəil artırması Prezident İlham Əliyevin rəhbərliyi sayəsində ölkəmizin davamlı uğurları ilə bağlıdır. Həmçnin keçirilən hər bir Forumda ötən il müzakirə olunan məsələlərin nəticələrinə əsasən yeni prioritetlər müəyyənləşdirilir və "dünyanın vəziyyəti yaxşılaşdırılır" istiqamətində işlər davam etdirilir."Bakı İqtisadi Forumu"43-cü Davos İqtisadi Forumu bir çox cəhətdən yaddaqalan və səmərəli oldu. Belə ki, Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun, digər tərəfdən ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar nəticəsində əldə olunan uğurlara dəyərin təzahürü olmuşdur. Bu il Yanvarın 20-dək davam edəcək Foruma 30 ölkədən 2 700-dən çox iştirakçının 50-si dövlət və ya hökumət başçılarıdır. Bu il Dünya İqtisadi Forumu “Parçalanmış dünyada əməkdaşlıq” mövzusu altında təşkil olunmuşdur.Davos İqtisadi Forumunun gündəliyinə uyğun olaraq 2023-cü il üçün Qlobal Risk Hesabatı təqdim edilib. Hesabata uyğun olaraq mövcud vəziyyətdə təsiri hiss edilən qlobal risklər, 2025-ci ildə təzyiqi artacaq risklər və 2033-cü ildə qlobal səviyyədə aktuallaşacaq risklər vurğulanıb. 2023-cü ildə qlobal səviyyədə təsiri hiss ediləcək risklər bunlardır “enerji təchizatı böhranı”, “yaşayış xərcləri böhranı”, “artan inflyasiya”, “ərzaq təchizatı böhranı” və “kritik infrastruktura kiberhücumlar” kateqoriyaları üzrə qruplaşdırılıb. 2025-ci ilə gedən yolda isə iki illik risklərə “borc böhranları”, “qiymət trayektoriyalarının sabitləşdirilməməsi”, “iqlim dəyişikliyinin ləngidilməsində uğursuzluq”, “iqlim dəyişikliyinə adaptasiyada uğursuzluq”, “geniş yayılmış kibercinayətkarlıq və kibertəhlükəsizlik” və “ətraf mühitə böyük ziyan vuran hadisələr” daxil edilib. Beləliklə Azərbaycan üçün də önəmli olan bu platformada yeni geosiyasi və geoiqtisadi reallıqlar fonunda, Dünya İqtisadi Forumu dialoqun və dövlət-özəl sektor əməkdaşlığının vacibliyini artırmağa davam edir”.
Ayşən Vəli