Siyasət

  • 2 711

İlham Əliyev Davosda AYİB-in birinci vitse-prezidenti ilə görüşüb

image

Yanvarın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) birinci vitse-prezidenti Yurgen Riqterink ilə görüşü olub.Görüşdə ölkəmizlə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib, Bankın Azərbaycanda mühüm layihələrdə iştirak etdiyi vurğulanıb.Avropa Yenidənqurma və İnkişaf Bankının Cənub Qaz Dəhlizinin reallaşmasına töhfəsi xüsusi qeyd edilib.Söhbət zamanı perspektiv prioritetlər, o cümlədən nəqliyyat, logistika, informasiya texnologiyaları, bərpaolunan enerji sahələrində əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb.

Digər xəbərlər