Siyasət

  • 1 590

İran böyük tarixi səhv edir - Allahşükür Paşazadə

image

Tehran və İrəvanın qardaşlaşmış şəhər olması məsələsinə münasibətim mənfidir. SİA xəbər verir ki, bunu Şəhidlər Xiyabanında jurnalistlərə açıqlamasında bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə deyib.

A.Paşazadə bildirib ki, İran İslam tarixində böyük səhv edir və bu bağışlanılmazdır.

"Mən bir şeyx kimi bütün dövlətlərlə münasibətlərin normal olması tərəfdarıyam. Ümid edirəm İran da öz səhvini başa düşəcək. İran Azərbaycana qarşı addımlar atmamalıdır. Bizə qardaş deyəndə, yalançı formada bunu deməməlidir", - deyə A.Paşazadə deyib.

Xatırladaq ki, bir müddət öncə Tehran və İrəvan qardaşlaşmış şəhər elan olunub.

Digər xəbərlər