PDF Oxu

Siyasət

  • 2 684

"Siyasi partiyalar haqqında" yeni Qanun: uğurlu siyasi islahatların sübutu ŞƏRH

"Siyasi partiyalar haqqında" yeni Qanun: uğurlu siyasi islahatların sübutu ŞƏRH

Qanunun qəbulu bu istiqamətdə mütərəqqi, yeni addımların atılmasına və ölkəmizdə daha da güclü, qüvvətli, demokratik cəmiyyətinin formalaşmasına böyük bir töhfə verəcəkdir

Hər dövrün yeni tələbləri olduğu üçün islahatlar prosesi qaçılmazdır. Bu gün geniş müzakirə edilən yeni “Siyasi partiyalar haqqında” Qanun da dövrün tələblərini özündə ehtiva edir. Qanunun qəbul edilməsini şərtləndirən amillər geniş təhlil olunur. Ölkəmizdə demokratik cəmiyyətin varlığını təsdiqləyən bütün amillər bərqərar olunub ki, bunlardan da biri çoxpartiyalı sistemin yaradılmasıdır.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təməlini qoymuş olduğu islahatlar siyasətinin davamı kimi “Siyasi partiyalar haqqında” Qanunun qəbulu bu istiqamətdə mütərəqqi, yeni addımların atılmasına və ölkəmizdə daha da güclü, qüvvətli, demokratik cəmiyyətinin formalaşmasına böyük bir töhfə verəcəkdir.

Belə bir vaxtda "Siyasi partiyalar haqqında" yeni Qanunun qəbul edilməsi təqdirdə layiq addımdır

Artıq bir neçə ildir ki, ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar artıq həyatın bütün sahələrində özünü açıq şəkildə büruzə verir. Bu islahatlar ölkəmizi yeni inkişaf mərhələsinə çıxarıb, Azərbaycanın dünya birliyindəki mövqeyini daha da möhkəmləndirib. İqtisadi, sosial, kadr sahəsində həyata keçirilən islahatlar nəticəsində bütün sahələrdə qazanılan uğurlar özünü açıq şəkildə büruzə verir. Hazırda Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub. Ona görə də siyasi sahədə də islahatlarda zərurət yaranıb. Belə bir vaxtda "Siyasi partiyalar haqqında" yeni Qanunun qəbul edilməsi təqdirdə layiq addımdır.Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən “Siyasi partiyalar haqqında” yeni qanunun qəbul edilməsi zamanın tələbidir və Azərbaycanda dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, siyasi proseslərin düzgün tənzimlənməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Sözügedən Qanun qəbul etdiyi dövrün reallıqlarına tam cavab versə də ötən 30 ildə ölkəmizin böyük uğurlu yol keçdiyi göz önündədir
Məlum olduğu kimi, hazırkı “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu 30 il bundan əvvəl - 1992-ci il 3 iyun tarixində qəbul edilmişdi. Bu qanun müasir dövlətimizin, cəmiyyətimizin inkişafına adekvat olmadığından siyasi partiyaların fəaliyyətinin daha yüksək səviyyədə qurulmasında, genişlənməsində ciddi maneələr yaradırdı.Sözügedən Qanun qəbul etdiyi dövrün reallıqlarına tam cavab versə də ötən 30 ildə ölkəmizin böyük uğurlu yol keçdiyi göz önündədir. Bu uğurlar “Siyasi partiyalar haqqında” qanunun qəbul olunduğu 1992-ci ildən bu günədək sənədə 27 dəfə əlavə və dəyişikliyin edilməsində özünün aydın ifadəsini tapıb. Artıq yeni Qanunun qəbuluna zərurət yarandı.“Siyasi partiyalar haqqında” Qanun layihəsinin hazırlanması zamanı Venesiya Komissiyasının 2010-cu ildə qəbul etdiyi “Siyasi partiyaların fəaliyyətinin hüquqi tənzimlənməsi barədə vəziyyət”, 24 ölkənin təcrübəsi (Almaniya, ABŞ, Fransa, İsveç, İspaniya, Niderland, İtaliya, Avstriya, Türkiyə, Polşa, Bolqarıstan, Çexiya, Macarıstan, Latviya, Litva, Estoniya, Rusiya, Gürcüstan, Qazaxıstan, Ukrayna, Belarus, Tacikistan, Özbəkistan və Ermənistan) nəzərdən keçirilib. Ölkədə fəaliyyət göstərən partiyalardan 47-si Milli Məclisə yazılı formada 250-dən çox təklif təqdim etmişdir.
Artıq Azərbaycandakı siyasi mühit 30 ilki dövrdən tamamilə fərqlidir
Təsadüfi deyil ki, qanun layihəsi hazırlanarkən dünyanın qabaqcıl ölkələrinin təcrübəsi öyrənilib, Azərbaycanın siyasi sisteminin və milli xüsusiyyətlərinin, bununla yanaşı, Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi haqqında tövsiyələri də nəzərə alınıb. Yenilənmiş layihədə sənədlərin toplanması ilə bağlı müddət artırılıb, partiyanın təsis edilməsi, qeydiyyatı, sənədlərin yoxlanılması ilə bağlı rəqəmlər isə azaldılıb.Artıq Azərbaycandakı siyasi mühit 30 ilki dövrdən tamamilə fərqlidir. Hazırda ölkəmiz dünyada söz sahibinə çevrilmiş, sürətlə inkişaf edən dövlətə çevrilmişdir.Onu da qeyd edə bilərik ki, “Siyasi partiyalar haqqında” yeni Qanunda diqqət çəkən biri-birindən əhəmiyyətli məqamlar var ki, onların hamısı ümumilikdə partiyaların normal fəaliyyətinə geniş imkanlar yaradacaq. Siyasi partiyaların fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində atılan addımlar davamlılığı ilə diqqət çəkir və beləliklə, Azərbaycanda siyasi sistemdə həyata keçirilən islahatlar reallıqların növbəti təzahürü hesab edilməlidir. Bu nöqteyi nəzərdən “Siyasi Partiyalar haqqında” yeni qanun ölkədə formalaşan siyasi prosesləri, yeni çağırışları, dünyada baş verən tendensiyaları özündə ehtiva etməklə kamil bir qanunvericilik aktıdır.

Kamil Qurbanov,
YAP Biləsuvar rayon təşkilatının sədri

Digər xəbərlər