Siyasət

  • 6 261

"Avropa Parlamenti separatçılığı, ksenofobiyanı təşviq edir" - DEPUTAT ŞƏRH ETDİ

image

"Avropa Parlamentinin qəbul etdiyi qərəzli qətnamə tamamilə reallıqlardan uzaq, böhtan mahiyyətli anti-Azərbaycan xarakterli bəndlərdən ibarətdir". Bu sözləri SİA-ya açıqlamasında deputat Könül Nurullayeva deyib.Onun sözlərinə görə, qətnamədə Azərbaycanın guya Ermənistana hərbi təcavüz etməsi, Laçın yolunun guya “blokada”da olması kimi sərsəm iddialarla yanaşı artıq heç bir siyasi-hüquqi əsası olmayan “Madrid prinsipləri”nə istinadlar var: "Bu, açıq şəkildə sülhə yox, gərginliyə yönəlmiş yanaşmadır. Son iki ildə normallaşma ilə bağlı formalaşan Brüssel formatına uyğun olaraq Soçi və Praqada keçirilən görüşlərdə Ermənistan Azərbaycanın suverenliyini tanıdığını bəyan etdiyi halda, uğursuz “Madrid prinsipləri”nin xatırlanması absurddur.Görünən budur ki, Yunanıstandan olan vitse-prezidenti Eva Kailinin adının milyonlarla dollarlıq korrupsiya qalmaqalları ilə gündəmə gələn Avropa Parlamenti irqçi, Azərbaycanofob, türkofob mövqeyindən əl çəkmir".Deputat sözlərinə davam edərək bildirib ki, 30 il ərzində Azərbaycanın ərazi bütövlüyünün pozulmasını susqunluqla qarşılayan Avropa Parlamenti bu gün Ermənistanın ərazi bütövlüyünün müdafiəçisi qismində çıxış edir: "Halbuki hazırda Ermınistanın ərazi bütövlüyünün pozulmasından söhbət belə getmir. Avroparlamentarilər isə faktiki Cənubi Qafqazda sülh prosesinə xristian həmrəyliyi prizmasından baxır.30 illik işğal dövründə yüz minlərlə azərbaycanlının etnik təmizləməyə məruz qalmasına, Azərbaycanın şəhər və kəndlərinin yer üzündən silinməsinə növbətçi qətnamələrlə reaksiya verən Avropa Parlamenti mina terrorunu da susqunluqla qarşılamaqda davam edir. Nə qədər gülünc səslənsə də bu gün Azərbaycanı “qoşunlarını Ermənistan ərazisindən çıxarmağa” çağırır. Bununla separatçılığı, qanunsuzluğu, ksenofobiyanı təşviq edir. Təbii ki, Avropa Parlamentinin bu qətnaməsi əsassız kağız parçasıdır, bu üzdəniraq sənəd hec bir halda Azərbaycanın iradəsinə təsir edə bilməz".

Müəllif: Ləman Əlizadə

Digər xəbərlər