PDF Oxu

Siyasət

  • 1 992

Əbu-Dabi Dayanıqlılıq Həftəsində ölkə diplomatiyasının növbəti uğuru ŞƏRH

Əbu-Dabi Dayanıqlılıq Həftəsində ölkə diplomatiyasının növbəti uğuru ŞƏRH

Cari ilin 15-16 yanvar tarixlərində Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimi keçirilmişdir. Xüsusi qeyd edilməlidir ki, hər iki dövlət arasında əhəmiyyətli ikitərəfli əməkdaşlıq əlaqələri mövcuddur. Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlər yüksək strateji-iqtisadi əhəmiyyətə malikdir. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmizdə böhranlardan ziyan görməmək, texnologiya və iqtisadi inkişaf, habelə innovasiya tətdiqi ilə inkişaf əldə edilməsi üçün əsaslı addımlar atılır. Dövlət başçısı İlham Əliyevin Əbu-Dabi Davamlılıq Həftəsinin açılış mərasimində çıxış etmək üçün dəvət olunması ilk növbədə, məhz dövlətimizin qeyd olunan istiqamətdə regionda aparıcı mövqedə olması ilə izah olunmalıdır. Yəni, Azərbaycan Prezident İlham Əliyevin strateji və uzaqgörən addımları ilə ölkəmizi artıq gələcəyi idarə edəcək güclərdən birinə çevrilməkdədir. Azərbaycanda iqtisadi inkişafın əsas göstəricilərindən biri enerji sektorunda əldə edilən uğurlardır. Dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasət və uğurlu enerji strategiyası nəticəsində ölkəmizdə enerji təhlükəsizliyi hələ bir neçə il əvvəl təmin olunub. Azərbaycan bu gün nəinki öz enerji tələbatlarını təmin etmək gücündədir, həm də xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edir. Ölkəmiz bərpaolunan enerji sahəsinin inkişaf etdirilməsi üçün çox mühüm konsepsiyalar həyata keçirməkdədir. Azərbaycanda bu sahədə nəhəng potensial mövcuddur. Belə ki, ölkəmiz quruda 27 qiqavatlıq günəş və külək enerjisi, 2020-ci ildə Vətən müharibəsi zamanı azad edilmiş ərazilərdə 10 qiqavatlıq külək və günəş enerjisi, həmçinin Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavatlıq külək enerjisi imkanlarına sahibdir. Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində çıxışı zamanı Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycanın bərpaolunan enerji ilə bağlı proqramı tamamilə fərqli gündəliyə malikdir və bu ölkəmizin ixracını şaxələndirməyə şərait yaradacaq. Ölkəmiz Cənub Qaz Dəhlizi kimi meqa enerji layihəsini reallaşdırmış ölkədir. Azərbaycan bu meqa layihəni cəmi iki il əvvəl öz tərəfdaşları ilə başa çatdırıb və ölkəmizdən Cənubi Avropaya gedən inteqrasiya edilmiş, uzunluğu 3500 kilometr olan boru kəmərləri sistemini qurub. Qeyd edək ki, məhz belə bir layihənin reallaşması nəticəsində ölkəmizin təbii qaz ixracı artmaqdadır. Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimindəki çıxışında Prezident İlham Əliyev bu haqda danışarkən diqqətə çatdırdı ki, əgər Azərbaycanın təbii qaz ixracı 2021-ci ildə 19 milyard kubmetr idisə, bu il 24 milyard kubmetrə çatacaq. Artım gələcəkdə də davam edəcək. Dövlət başçısı onu da bildirdi ki, Azərbaycanı bərpaolunan enerji mərkəzlərindən birinə çevirmək planları təkcə Azərbaycanın öz enerji təhlükəsizliyi ilə bağlı deyil. Ölkəmizin bərpaolunan enerji mərkəzlərindən birinə çevrilməsi kifayət qədər ixrac marşrutlarına da ehtiyac yaradır. İxrac marşrutlarının da yaradılması üçün paralel olaraq tədbirlər həyata keçirilir. Belə ki, 2022-ci ilin 17 dekabr tarixində Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya tərəfindən Avropa Komissiyası Prezidentinin şahidliyi ilə Gürcüstanın Qara dəniz sahilindən Rumıniyanın Qara dəniz sahilinə qədər “Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsinə dair” Saziş imzalanmışdır. Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi Azərbaycandan 4 qiqavatlıq yaşıl enerjini nəql etmək imkanını yaradacaq. Cənab Prezident İlham Əliyev Azərbaycanda investisiya mühitinin çox müsbət olduğunu və ölkəmizin neft-qaz sektoruna böyük sərmayələr cəlb etdiyini vurğuladı. Ölkə başçısı artıq Azərbaycan dövlətinin hədəfində bərpaolunan enerji sahəsinin inkişaf etdirmək olduğunu qeyd edərək “Masdar” və Azərbaycan Dövlət Neft Şirkəti arasında 4 qiqavatlıq külək və günəş enerjisi stansiyalarının yaradılmasına dair razılaşma imzalanmasından bəhs etdi. “Masdar” və Azərbaycan Dövlət Neft Şirkəti arsında bu razılaşma qısamüddətli bir layihədir. Lakin ortamüddətli layihələr nəticəsində güclər 10 qiqavata qədər artırılacaq. Prezident İlham Əliyev bildirdi ki, “Masdar” şirkəti ilə aparılan əməkdaşlıq Azərbaycanı yaşıl enerjinin çox mühüm ixrac mənbəyinə çevirəcək. Həmçinin ölkəmizin beynəlxalq enerji şirkətləri ilə imzaladığı anlaşma memorandumları və sazişlər Azərbaycana 22 qiqavata qədər külək və günəş enerjisini istehsal etmək imkanını yaradacaq. Azərbaycanın son zamanlar ərəb ölkələri ilə münasibətlərində yeni bir dinamika müşahidə olunmaqdadır. Xüsusilə qeyd edilməlidir ki, Vətən müharibəsindən sonra bir sıra ərəb ölkələrinin rəsmiləri Azərbaycana, azad edilmiş ərazilərdə səfərdəolub, həmin ərazilərə investisiya qoyulması imkanları nəzərdən keçirilir. Bu ölkələrdən biri də məhz Birləşmiş Ərəb Əmirlikləridir (BƏƏ). Azərbaycanda bu gün investisiya mühitinin yüksək inkişaf etməsi dövlət başçısı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir. Azərbaycan neft və qaz sektoruna böyük sərmayələr, investisiyalar cəlb edib. Əsas hədəfimiz isə bərpaolunan enerjinin ölkəmizdə yüksək inkişafının təmin edilməsidir.

Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər