Siyasət

  • 1 373

"2023-cü ildə də qızğın döyüşlərin şahidi olacağıq" -POLİTOLOQ ŞƏRH ETDİ

image

“Rusiya-Ukrayna müharibəsində bir müddətdir ki, səngimə yaşanırdı. Bu, öncədən də gözlənilən bir mərhələ idi ki, Rusiya tərəfindən hərbi baxımdan tükənmə prosesi gedirdi. Rusiyanın müəyyən bəhanələrlə müharibəni dayandıracağı və özünü yenidən bərpa strategiyası həyata keçirəcəyi ehtimal olunurdu. Biz həqiqətən də bu mərhələnin şahidi olduq”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Züriyyə Qarayeva bildirib.Onun sözlərinə görə, lakin hazırda bu proses başa çatıb və Rusiya Ukraynaya qarşı daha ciddi şəkildə müharibə planlarını həyata keçirir: “Rusiya prezidenti Putin tərəfindən ikinci dəfə səfərbərlik qərarının verilməsi də bunun bir göstəricisidir. Rusiya Federasiyasının müdafiə nazirinin 1, 5 milyonluq ordu yaradıcılığı ilə bağlı açıqlama verməsi də yaxın gələcək üçün daha qızğın döyüşlərin olacağından xəbər verir. Ötən bir il ərzində Rusiya demək olar ki, öz hədəflərinə nail ola bilmədi. Buna görə də yeni mərhələdə məxsusi bölgə ilə bağlı Rusiyanın daha ciddi planlarının olduğunu söyləyə bilərik.Yeni mərhələdə Ukraynanın da müharibənin bitirilməsi ilə bağlı bir addım atacağını gözləmirəm. Ukrayna 2014-cü il sərhədlərinə qədər öz sərhədlərini bərpa etmək niyyətindədir. Buna görə də Ukrayna öz ərazilərinin itirilməsi ilə razılaşmayacaq. 2023-cü ildə də qızğın döyüşlərin şahidi olacağıq. Eyni zamanda, qısa zaman kəsiyi ərzində də müharibənin finalını görə biləcəyimizi güman etmirəm”.

Müəllif: Səbinə Hüseynli

Digər xəbərlər