Siyasət

  • 929

Davos Forumu ölkəmizlə münasibət qurmaq istəyənlər üçün fürsətlər yaradır ŞƏRH

image

İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu dövlət başçılarının, nüfuzlu iş adamlarının, görkəmli elm xadimlərinin iştirakı ilə ölkələrin öz imkanlarını təqdim etməsi baxımından əlverişli bir tədbirdir. Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının da qoşulduğu builki Forumda dünyanın 130 ölkəsindən 2700-dən çox iş adamı, elm xadimi və 52 ölkədən dövlət və hökumət başçıları iştirak edirdilər.Azərbaycan Dünya İqtisadi Forumuna ilk dəfə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə qatılmışdır. Uzun müddətdir ki, Azərbaycan bu forumda aktiv dövlət və tərəfdaş kimi iştirak edir. Bir çox qlobal məsələlərin həlləri üzrə müzakirələrə qoşulur. Dövlətimizin başçısı Forumda mütəmadi olaraq dünyanı narahat edən qlobal səviyyəli mühüm məsələlərin həlli üzrə təşkil olunmuş müzakirələrdə iştirak edir, ideyalarını səsləndirir və öz töhfəsini verir.Bu Forumun vacib məqamlarından biri ondan ibarətdir ki, burada Azərbaycanın tam iqtisadi və siyasi imkanları nümayiş etdirilir. Əminliklə deyə bilərik ki, Dünya İqtisadi Forumunun bu toplantısında da Azərbaycan qlobal məsələlərin həlli naminə yeni imkanlarını ortaya qoyacaq. Bu məqsədlə dövlətimizin başçısının Davosda yüksək səviyyəli böyük iş adamları və biznes rəhbərləri, həmçinin konfrans nümayəndələri ilə görüşlərinin keçirilməsi planlaşdırılır. Təbii ki, Prezident İlham Əliyev Forumun dünya siyasətinə, beynəlxalq və digər iqtisadi münasibətlərə çox ciddi təsirə malik olmasından istifadə edərək ölkəmizin həyata keçirdiyi nəqliyyat və enerji layihələri barədə, Avropa üçün enerji təhlükəsizliyini təmin edə biləcək etibarlı və dayanıqlı tərəfdaş kimi dünya liderləri ilə müzakirələr aparır, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırır. Bu səbəbdəndir ki, belə platformalarda Azərbaycana olan marağın ildən-ilə yüksəlməsinin şahidi oluruq.Azərbaycanın böyük Qələbəsindən sonra bölgədə yaranmış yeni iqtisadi və siyasi münasibətlər fonunda ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlər üçün imkanlar yaranıb. Dünyadakı böyük şirkətlər işğaldan azad olunmuş ərazilərə sərmayələrin qoyulması baxımından Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Çünki həmin şirkətlər Azərbaycanın timsalında etibarlı tərəfdaş və yeni imkanlar əldə edəcəklər. Təbii ki, bu münasibətlər, keçirilən görüşlər, baş tutan danışıqlar Azərbaycanın milli maraqlarına xidmət etməklə yanaşı, ölkəmizlə yeni iqtisadi münasibətlər qurmaq istəyən tərəfdaşlar üçün yeni imkanlar yaradacaq. Qeyd edək ki, Azərbaycan iqtisadi və siyasi münasibətlərə hər zaman hazırdır. Əlbəttə ki, dövlətimizin başçısının bu istiqamətdə həyata keçirdiyi siyasət Azərbaycanın maraqlarını təmin etmək və etibarlı tərəfdaş kimi təqdim etmək baxımından ölkəmizə yeniliklər gətirəcək.

Eldar Əsədov
YAP Tərtər rayon təşkilatının sədri

Digər xəbərlər