Siyasət

  • 1 773

Blinkenin zənginin əsas mahiyyəti NƏDƏN İBARƏTDİR? - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

image

"Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinkenin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə növbəti dəfə zəng etməsi və Laçın yolundakı vəziyyətlə bağlı öz narazılığını bildirməsi ondan xəbər verir ki, Ermənistan və onun havadarları dinc dayanmır, hələ də yeni reallıqları qəbul etmək istəmirlər". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Naqif Həmzəyev deyib.Onun sözlərinə görə, faktiki olaraq müəyyən dərəcədə irəliləyiş əldə olunmuş sülh danışıqlarında Ermənistanın məğlub vəziyyətdə olması qəbul edilmir: "Ermənilər yaşadıqları torpaqların Azərbaycana məxsus olduğunu sözdə qəbul etsələr də, müxtəlif yollarla Azərbaycana təzyiqlər göstərməklə Xankəndi və onun ətrafında yaşayan ermənilərə yeni ümidlər qazandırmaq istəyirlər. Bu yerdə ikili standartlar yenidən ortaya çıxır. Əgər dünyanın müxtəlif ölkələrində dayanıqlı iqtisadiyyatdan, ekologiyadan, ətraf-mühitin qorunmasından söhbət gedirsə, məhz Laçın yolunda azərbaycanlı ekofəalların keçirdikləri dinc etiraz aksiyasına başqa yanaşmalar ortaya qoyula bilməz".Deputat sözlərinə davam edərək bildirib ki, çox təəssüf, dünya ictimaiyyəti hələ də reallığı dərk etmək istəmir və baş verən prosesləri düzgün qiymətləndirə bilmir: "İstənilən halda Azərbaycan öz mövqeyində qətidir, öz ərazilərində qanunsuz fəaliyyətlərə yol verməyəcəkdir. Artıq erməni təxribatlarına göz yummayacağıq. Yenidən Azərbaycan əsgərlərinin şəhid olmasına imkan verməyəcəyik. Ermənilərin tək çıxış yolu Azərbaycanla sülh danışıqlarını yekunlaşdırmaq və münasibətləri normallaşdırmaqdır. Faktiki olaraq proseslər Ermənistanın ziyanına işləyir. Azərbaycan beynəlxalq hüquqa söykənərək öz ərazi bütövlüyünü bərpa edib və öz ərazilərində baş verən qanunsuz hərəkətlərin qarşısını almaq iqtidarındadır. Hər bir Azərbaycan vətəndaşı da təbii resurslarımızın müdafiəsi ilə bağlı fikirlərini müxtəlif yollarla bildirə bilərlər. Düşünürəm ki, bu münasibətlərin normallaşmasına moderatorluq edən tərəflər də qətiyyən Ermənistanın mıvqeyini müdafiə etməməlidir".

Müəllif: Ləman Əlizadə

Digər xəbərlər