Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 17-də İsveçrə Konfederasiyasına səfər etmişdir. Səfər çərçivəsində dövlət başçısı mühüm görüşlər keçirmiş, əhəmiyyətli tədbirlərdə iştirak etmişdir. Belə ki, Prezident İlham Əliyev Niderlandın “Damen Shipyards Group” şirkətinin icraçı direktoru və səhmdarı Arnout Damen , “CISCO” şirkətinin qlobal innovasiyalar üzrə vitse-prezidenti Qay Didrix , “Fortesque Future Industries” şirkətinin sədri Endrü Forest, “The Goldman Sachs Group Inc.” şirkətinin qlobal məsələlər üzrə prezidenti Cared Kohen, “Kromatix SA” şirkətinin baş icraçı direktoru Rafik Hanbali, “Signify” (əvvəlki adı “Philips Lighting”) şirkətinin baş icraçı direktoru Erik Rondolat, “Carlsberg Group” şirkətinin prezidenti və baş icraçı direktoru Kes t`Hart, Latviya və Litva Respublikasının Prezidentləri , Monteneqronun Baş naziri Dritan Abazoviç, BP Qrupunun baş icraçı direktoru Bernard Luni ilə görüşlər keçirmiş, Davos Dünya İqtisadi Forumu çərçivəsində “Yeni enerji reallığının istiqamətləndirilməsi” mövzusunda keçirilən dəyirmi masada, “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında iştirak etmişdir. Həmçinin dövlət başçımız səfər çərçivəsində Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibə vermişdir.Prezident İlham Əliyev müsahibə zamanı olduqca mühüm məqamlara toxunmuş, mövcud reallıqları, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmışdır.Dövlət başçısı müsahibəsində vurğuladı ki, Çin və Azərbaycan həmişə bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib. İki ölkə arasında 30 il ərzində davam edən siyasi münasibətlər artıq Çin və Azərbaycanın yaxşı tərəfdaş və bir-birinə etibar edən dostlar olduğunu nümayiş etdirir.Müxbirin ölkənizə gələn digər investorlar üçün hansı siyasəti təmin edirsiniz? sualına cavab verən Prezident İlham Əliyev bildirdi ki, Azərbaycanda çox müsbət investisiya mühütü mövcuddur və ölkəmizdə xarici və yerli investisiyalar lazımınca qorunur. Dövlət başçısı ölkəmizə qoyulan sərmayələrin əksəriyyəti neft və qaz sektoruna yönəldiyini vurğuladı və ümid etdiyini bildirdi ki, gələcəkdə qeyri-enerji sektoruna daha çox investisiyalar yatırılacaq. Prezident İlham Əliyev həmçinin onu da qeyd etdi ki, Çin şirkətləri uzun illərdir ki, Azərbaycanda fəaliyyət göstərirlər. Bu isə Azərbaycanda investisiya mühitinin çox müsbət olduğunu bir daha təsdiq edir.Dövlət başçımız haqqlı olaraq hər zaman xalqına verdiyi sözləri yerinə yetirdiyini , görülmüş işi nümayiş etdirməyi üstün tutduğunu bildirdi. Prezident onu da vurğuladı ki,hər il regionlara təxminən 30-40 səfər edir və insanları hansı problemlərin narahat etdiyi, nələrin həll edilməli olduğu ilə maraqlanır. Həqiqətən də cənab İlham Əliyevin söylədiyi kimi, Azərbaycanda heç kim deyə və sonra da sübut edə bilməz ki, nə vaxtsa proqram qəbul olunub, sonra isə icra olunmayıb.
Bu gün Azərbaycan dünyada ən etibarlı tərəfdaş olduğunu sübut edib .Ölkəmiz Çinin də Avrasiya məkanında əsas tərəfdaşlarından biridir. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan “Bir kəmər, bir yol” layihəsinin icrasında fəal iştirak edir. Şərq və Qərbi, Asiya və Avropanı birləşdirən bu layihənin icrası artıq iki ölkənin və bütövlükdə regionun xalqları üçün bir sıra nəticələr və maddi faydalar gətirib.Azərbaycanın tranzit ölkə kimi imkanlarına gəldikdə isə Dövlət çaşçısı bildirilib ki, Şərq və Qərb arasında, ənənəvi İpək yolu coğrafiyasında yerləşməyimiz bizim üçün çoxlu imkanlar yaradır. Bu gün Bakının yaxınlığında yerləşən Ələt bölgəsində azad iqtisadi zonanın açılmasının sonuncu mərhələsi icra olunur. Ümid edirik ki, Çin şirkətləri bu fürsətlərə diqqət yetirəcəklər.
Çingiz İbrahimov
YAP Göyçay rayon təşkilatının əməkdaşı