Siyasət dedikdə ümumilikdə ictimai həyatın müxtəlif sferalarının dövlət tərəfindən həyata keçirilən hökmranlıq və tabelik münasibətlərini bərqərar etmək vasitəsilə idarə olunması başa düşülür Siyasətin əsasını insanların siyasi fəaliyyəti və bu prosesdə qərarlaşan əlaqələr təşkil edir. Siyasi fəaliyyətdə hər bir sosial qrup özünün sosial mənafelərini reallaşdırmağa çalışır. Bu fəaliyyət prosesində siyasi münasibətlər və əlaqələr formalaşır, siyasi təşkilatlar, partiyalar meydana çıxır, siyasi ideyalar və nəzəriyyələr yaranır. Cənab Prezident İlham Əliyevin uğurlu diplomatiyası Azərbaycanı beynəlxalq aləmdə öz mövqeyini diktəetməyi bacaran ölkəyə çevirib.Azerbaycan’ın xarici siyasətində prioritet olaraq qəbul edilən məqamlardan biri beynəlxalq münasibətlər sisteminin mühüm faktorlarından biri olan qarşılıqlı əlaqələrdir. Indiki dövrdə hər bir dövlətin beynəlxalq münasibətlər sistemində layiqli mövqe tutaraq özünü bərabərhüquqlu tərəfdaş kimi təsdiqləməsi onun çağdaş dünya nizamının reallıqlarına cavab verən xarici siyasət yeritməsindən bilavasitə asılıdır.
Siyasət mövcud cəmiyyətdəki siyasi münasibətlər, siyasi institutlar və siyasi ideoloji vasitələri ilə həyata keçirilir. Birinci tərəf böyük insan qrupları arasında siyasi hakimiyyətə nəzərən münasibətləri ifadə edir. İkinci tərəf vətəndaşların siyasi fəaliyyətinin təşkili formalarını, siyasi təşkilatları əhatə edir. Üçüncü tərəf insanların siyasi fəaliyyətini şüurda sistemli şəkildə əks etdirən baxışların, ideyaların və nəzəriyyələrin məcmusudur. Siyasətin optimallığı probleminin tədqiqi siyasi fikrin kortəbii inamdan elmi məsələyədək keçdiyi uzun inkişaf yolunun, onun əsas keyfiyyət mərhələlərinin izlənilməsinə imkan verir. Bu problemin öyrənilməsi siyasi-praktiki, ideoloji, həmçinin sosial-mədəni baxımdan xüsusilə mühüm əhəmiyyət kəsb edir, insanların dünyagörüşünün formalaşmasında mühüm rol oynayır.
Siyasət və onun optimallığı problemi ilə bağlı fikirləri, irəli sürdükləri müddəaların təhlili belə bir qənaətə gəlməyə imkan verir ki, bu məsələləri dərindən öyrənmədən siyasi sistemin inkişafının aktual vəzifələri və perspektivlərinin, onun sosial münasibətlərinin keyfiyyətcə təkmilləşdirilməsində rolunun müəyyənləşdirilməsi, həmçinin cəmiyyətin bütün sahələrində qanunun aliliyinin təmin edilməsi qeyri-mümkündür. Çünki bunsuz xalq hakimiyyətinin inkişafı əsasında siyasi qayda-qanunun qorunub saxlanılması mexanizmini gücləndirmək iqtidarında olan irimiqyaslı, mühüm siyasi islahatların həyata keçirilməsinin elmi platformasının işlənilməsi çətin olardı.Bizim siyasətimiz çox güclüdür əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siaysətmiz bu gün cənab Prezidentimiz İlham Əliyev Tərəfindən uğurla davam etdirilir. Cənab Prezidentin bütün çıxışlarında da diqqət yetirdiyimiz məqamlar Azərbaycanın yeni siyasi hədəflərə doğru irəlilədiyini göstərir.
Abbas Əliyev
YAP Abşeron rayon təşkilatının sədri