PDF Oxu

Siyasət

  • 2 312

Uğurlu əlaqələrin yeni mərhələsi ŞƏRH

Uğurlu əlaqələrin yeni mərhələsi ŞƏRH

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 17-də Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibəsində bir sira vacib məqamlara toxunaraq qeyd etdi ki, artıq ölkələrimizin əməkdaşlığı üçün çox möhkəm platforma qurulub. 30 il ərzində davam edən siyasi münasibətlə rartıq dövlətlərimizin yaxşı tərəfdaş və bir-birinə etibarlı dostlar olduğnu nümayiş etdirir. Azərbaycanla Çinin beynəlxalq təsisatlar çərçivəsində çox yaxşı və perspektivli əməkdaşlığı vardır.Qarşılıqlı hörmətin rəmzi olaraq dövlətlərin bir-birinə olan etimadı daha da artır, uğurlu iqtisadi münasibətlər növbəti mərhələlərdə digər sahələrdə də qarşılıqlı əlaqələrin qurulmasına və ikitərəfli dostluq, əməkdaşlıq münasibətlərinin inkişafına gətirib çıxarır: “Əminliklə deyə bilərik ki, bu gün iqtisadi əməkdaşlıq əlaqələrinin durmadan artması nəticəsində perspektiv əməkdaşlıq əlaqələri müxtəlif və daha geniş sahələri əhatə edir. Əməkdaşlıq üçün çox möhkəm siyasi platforma qurulub. Eyni zamanda dövlət başçısının da qeyd etdiyi kimi, ölkəmizdə geniş investisiya mühiti yaranıb və bu şəraitdən səmərəli istifadə edən dövlətlərin və şirkətlərin sayı artmaqdadır”. Azərbaycan Çinin Avrasiya məkanında əsas tərəfdaşlarından biridir və “Bir kəmər, bir yol” layihəsinin icrasında fəal iştirak edir. Şərq və Qərbi, Asiya və Avropanı birləşdirən bu layihənin icrası artıq iki ölkənin və bütövlükdə regionun xalqları üçün bir sıra müsbət nəticələr və maddi faydalar gətirmişdir. Bu baxımdan, “Bir kəmər, bir yol” strategiyası çərçivəsində Trans-xəzər nəqliyyat dəhlizi çox mühüm əhəmiyyət kəsb edir. Azərbaycan-Çin əməkdaşlığının inkişafının hər iki ölkənin xalqlarının mənafeyinə uyğun şəkildə həyata keçirilməsində, qlobal və regional səviyyələrdə sülh və təhlükəsizliyin möhkəmləndirilməsində hər iki tərəf olduqca maraqlıdır. Bizim münasibətlərimiz siyasi cəhətdən kifayət qədər etibarlıdır və bu, artıq yüksək səviyyədə özünün təzahürünü tapıb. Çinlə iqtisadi cəhətdən əməkdaşlığımız günbəgün genişlənir və Azərbaycan iqtisadiyyatında Çinin müxtəlif kampaniyaları fəal iştirak edirlər. Eyni zamanda, Çin və Azərbaycan arasında əməkdaşlığın bir konkret təzahür forması var ki, bu da qədim “İpək Yolu”nun bərpa edilməsi ilə əlaqədar aparılan işlərdir. Çin ilə Azərbaycan coğrafi baxımdan bir-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, xalqlarımız arasında tarixən dostluq əlaqələri mövcud olub. Bu münasibətlərin yaranmasında isə tarixi İpək yolu çox vacib rol oynayıb. 2013-cü ildə Çin tərəfindən “Bir kəmər, bir yol” layihəsi irəli sürüldü ki, bu da tarixi İpək yolunu yenidən canlandırmağa, həmçinin, bu yolun keçdiyi ölkələr ilə əməkdaşlıq sahələrini artırmağa xidmət edirdi. Müsahibə zamanı ölkə başçısına ünvanlanan suallardan da aydın oldu ki, Çinin bizimlə bağlı maraq dairəsi və əməkdaşlıq perspektivləri genişdir. Müsahibənin əvvəlində dövlətimizin başçısına Çinin “Bir kəmər, bir yol” layihəsi barədə sual verilməsi isə bu ölkənin əsas maraq dairəsini göstərir. Prezident İlham Əliyevin 2015-ci ildə Çinə rəsmi səfəri zamanı “İpək yolu iqtisadi kəməri”nin yaradılma¬sının birgə təşviqinə dair Anlaşma Memorandumu imzalanması da həmin layihənin gerçəkləşməsində önəmli rol oynayır.Bu gün Azərbaycanın müəllifi oldu¬ğu Bakı-Tbilisi-Qars və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı “İpək yolu iqtisadi kəməri”nin tərkib hissəsi kimi mühüm yer tutur və ölkəmiz üçün bu nəqliyyat marşrut¬ları ilə malların Çindən Avropaya, Avropadan isə Çinə gətirilməsi üçün ən qısa yoldur.

Elçin İsmayılov,
Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının sədri

Digər xəbərlər