“Davos görüşləri 50 ildən çoxdur ki, keçirilir. Cənab Prezident İlham Əliyev 19 dəfə İsveçrədə olub. Davosda 600-ə yaxın beynəlxalq qurumların rəhbərləri və 700-ə yaxın nəhəng şirkətlərin sahibləri toplaşıb. Bu o deməkdir ki, Davosda toplaşan bu insanlar bizim yer kürəsinin təxminən 75 faiz iqtisadiyyatını idarə edən şəxslərdir. Ona görə də cənab Prezidentin orada iştirakı, Azərbaycan barəsində dediyi həqiqətlər hamısı dünyaya çatdırılır”. Bu sözləri SİA-ya açıqlamasında deputat Rüfət Quliyev deyib.Onun sözlərinə görə, Azərbaycanın iqtisadiyyatda uğurları, beynəlxalq layihələr, o cümlədən Ermənistanla bu günə qədər həll olunmayan problemlərin hamısı cənab Prezident tərəfindən oradakı iştirakçılara tam şəffaf formada çatdırılaraq Azərbaycanın mövqeyi ortaya qoyulur: “Əsas məqam odur ki, Azərbaycan bütün dünya ilə normal dost-qonşu münasibəti qurmaq və iqtisadi münasibətləri inkişaf etdirmək istəyir.Burada ən önəmli məsələ cənab Prezidentin "Adani Group" şirkətinin təsisçisi və sədri Qautam Adani ilə görüşüdür. Quatam Adani planetin ən varlı adamlarından biridir. Həmçinin sözü kəsərli adamdır. Bu ona görə önəmli məqamdır ki, Hindistanın Azərbaycana qarşı qeyri-adekvat mövqeyi bəllidir. Düşünürəm ki, bu görüşdən sonra istər Hindistanın siyasi isteblişmenti və iqtisadi nəhəng şirkətlərin sahibləri Azərbaycana tamamilə başqa formada baxacaqlar. Bu da bizim üçün çox önəmlidir”.Rüfət Quliyev sözlərinə belə davam edib: “Düşünürəm ki, bu görüşlərin keçirilməsi və cənab Prezidentin orada iştirakı çox vacibdir. Bununla da biz dünyanı daha yaxşı tanıyırıq və dünya ilə sıx əlaqələr qururuq. Həmçinin, dünya da Azərbaycanı yaxşı tanıyır.Nikol Paşinyan Davos görüşünə iki ildir ki, getmir. Bu, onu göstərir ki, Ermənistan dünya siyasətçiləri üçün bir o qədər də maraqlı ölkə deyil. Ermənistan müflis olmuş, iqtisadi durumu bərbad vəziyyətdə olan və sözü keçməyən ölkədir. Ermənistan dünyadakı nəhəng investorlara heç nə verə bilməz”.
Ayşən Vəli