“Azərbaycanın ABŞ-la əlaqələri qarşılıqlı hörmət əsasında qurularaq inkişaf edir. 23 yanvarda dövlət başçımızla telefon əlaqəsi saxlayan ABŞ-ın dövlət katibi Antoni Blinken də telefon danışığında Azərbaycanla münasibətlərin inkişafını yüksək dəyərləndirdiklərini bildirmişdi”. Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.Onun sözlərinə görə, həm də Blinken Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqları dəstəklədiyini ifadə edib: “Ermənistan yalan məlumatlar yayaraq dünya ictimaiyyətini öz yalanlarına inandırmaq istəyir. Həm də erməni lobbisi ABŞ-Azərbaycan münasibətlərini pisləşdirməyə çalışır. Amma ermənilərin bütün cəhdlərinə baxmayaraq ABŞ-la əlaqələrimiz inkişaf edir və müxtəlif formatlarda əməkdaşlığımız günü-gündən genişlənir”.Deputat sözlərinə belə davam edib: “Əlbəttə ki, son nəticədə ermənilərin ABŞ-ın ölkəmizlə münasibətlərini pozmağına etdiyi bütün cəhdlər iflasa uğranır. Azərbaycan Cənubi Qafqazda ABŞ-ın ən böyük tərəfdaşıdır. Hesab edirəm ki, ABŞ-la münasibətlərimiz daha da inkişaf edəcək, qarşılıqlı hörmət və fayda əsasında daha da dərinləşəcəkdir”.
Ayşən Vəli