Milli Məclisin deputatı Aydın Mirzəzadə, YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev və Azərbaycan Qarabağ Müharibəsi Əlilləri,Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Mingəçevir şəhər təşkilatının sədr müavini, qazi Pərviz Məmmədov və fəal partiya üzvləri şəhid Ruslan Cəfərlinin ailəsi ilə görüşüblər. Ziyarətçilər Vətən müharibəsi şəhidinin ailə üzvlərinin problem və qayğıları ilə maraqlanıblar, istək arzularını dinləyiblər.Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.Sonra Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının ilk qurucularından olan partiya veteranı Balakişiyev Tofiq Rəşid oğlunun yas mərasimində iştirak edərək ailə üzvlərinə dərin hüznlə başsağlığı verilib. Eyni zamanda, Milli Məclisin deputatı Aydın Mirzəzadə Heydər Əliyev Mərkəzində bir qrup şəhər sakinlərini qəbul edərək, problemlərini dinləyib. Deputat onları narahat edən məsələlərlə bağlı şikayətlərini elə yerindəcə həll edib, səlahiyyətləri çərçivəsində olmayan məsələləri aidiyyatı üzrə yuxarı təşkilatlara müracət edərək dəstək olub.
sia.az