Siyasət

  • 1 499

Orta Dəhliz Asiya ilə Avropa arasında səmərəli marşrutdur ŞƏRH

image

Nazim Bünyatov: Davos İqtisadi Forumu keçirilməyə başladığı 1971-ci ildən dünyada baş verən iqtisadi prosesləri təhlil etmək, şirkət və ölkələri qarşılıqlı olaraq faydalanmağa yönəltmək, gələcək inkişaf üçün yollar tapmağı qarşısına məqsəd qoymuşdu. Bu məsələlərin həlli həm də siyasi faktorlardan asılı olduğu meydana çıxdıqdan 3 il sonra Dövlət və Hökumət rəhbərləri və siyasi liderlər də bu platformaya qatıldılar. Beləliklə, yarım əsrdən artıq bir dövr ərzində Davos İqtisadi Forumu dünya iqtisadiyyatının idarə edilməsi, baş verə biləcək iqtisadi tənəzzüldən yayınmaq və kollektiv səylərin birləşdirilərək iqtisadi yüksəlişə nail olmaq üçün öz fəaliyyətini davam etdirir. Azərbaycan da son dövrlər bu Beynəlxalq Forumun fəal iştirakçılarından birinə çevrilmişdir. Ölkəmiz həmişəki kimi növbəti 53-cü Davos Dünya İqtisadi Forumuna dəvət almışdır.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yanvarın 19-da Davos İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında iştirak və çıxış edib. İclasda cənab Prezident Orta Dəhlizin üstünlüklərini təhlil edərək bu böyük layihənin iştirakçıları olan ölkələrin bir-biri ilə qarşılıqlı xoş münasibətlərə malik olduğunu vurğulamış, bu layihənin Orta Dəhliz və Şimal-Cənub marşrutu üzərində yerləşən Azərbaycana əlavə iqtisadi dividentlər gətirəcəyini və tezliklə Ələtdə azad iqtisadi zonanın fəaliyyətə başlayacağını bildirib. Cənab Prezident qeyd edib ki, Azərbaycan daha çox yük qəbul etməyə qadirdir və yükdaşıma qabiliyyəti yaxın zamanda 15 milyon tondan 25 milyon tona qədər genişlənməsi istiqamətində fəal iş aparılır. Orta dəhlizin əlverişli olması səbəbindən hazırda Mərkəzi Asiyadan böyük həcmdə yükün nəql edilməsində bu marşruta üstünlük verilməsi hiss edilir.Hazırkı geosiyasi vəziyyət və yeni dövrün çağırışlarına əsaslanan iqtisadi-logistik əməkdaşlıq öz aktuallığı baxımından ölkəmizi yeni bir platformaya qoşub. Forumda çıxışı zamanı cənab Prezident bildirib ki, Azərbaycan qarşıdurma, rəqabət deyil, tərəfdaşlıq və əməkdaşlıq məkanıdır. Xarici siyasətimizin strateji əsaslarından biri olan əməkdaşlıq ideyası hazırkı real siyasi proseslərdə və beynəlxalq münasibətlər sistemində mühüm rol oynayır. Ümumiyyətlə, Orta Dəhliz layihəsi yüklərin Çindən Avropaya və Yaxın Şərqə daşınması üçün ən təhlükəsiz, ən qısa, səmərəli və rentabelli bir marşrutdur. Bu marşrut əslində qədim ipək yolunun yenidən canlandırılmasına yönəlməklə, Qərb və Şərq arasında bir körpü rolunu oynayır.

Nazim Bünyatov
YAP Ağcabədi rayon təşkilatının sədr müavini

Digər xəbərlər