Siyasət

  • 1 352

Biznes mühitinin inkişafı uğurun əsas proritet istiqamətidir ŞƏRH

image

Prezident İlham Əliyev yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında iştirak edib. Davos Dünya İqtisadi Forumunda Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev çıxışı zamanı bildirib ki, Orta Dəhlizin üstünlüklərindən biri ondan ibarətdir ki, bu nəhəng layihədə iştirak edən ölkələr öz aralarında yaxşı münasibətlərə malikdir.İstənilən çoxmillətli təşəbbüsdə uğurun qazanılması üçün bu, ilkin şərtlərdən biridir. Azərbaycan özünün Qərbində olan qonşuları Gürcüstan və Türkiyə, Şərqində isə Mərkəzi Asiya ilə gözəl münasibətlərə malikdir. Qərb və Şərq arasında təbii coğrafi bağlantıya malik olduğumuz üçün biz ötən illər ərzində nəqliyyat infrastrukturuna böyük sərmayə yatırmışıq. Cari ildə yükaşırma qabiliyyəti 15 milyon ton olan dəniz limanımız 25 milyon tona qədər genişlənəcək və artıq bunun üçün vəsait ayrılıb. Mərkəzi Asiyadan böyük həcmdə yükün istiqamətinin dəyişdirilməsi müşahidə olunur. Nəzərə alsaq ki, Azərbaycanın qonşu ölkələrindən olan neçə illərdir neftin tranzitini təkcə Türkmənistandan yox, Qazaxıstandan da etməyə başlamışıq. Bu dəhliz, həmçinin karbohidrogenlər üçün də istifadə etmək potensialına malikdir. “Vahid pəncərə” sistemini tətbiq etmək məqsədilə gömrük inzibatçılığı və tarif siyasəti üzərində daha da fəal işləmək üçün bütün iştirakçı ölkələr -Mərkəzi Asiya, Qafqaz və Avropa arasında daha da sıx əməkdaşlıq aparılmalıdır. Bu gün regionda dominant tranzit ölkəsi olmaq vacibdir. Əlbəttə ki, əhəmiyyəti yeni iş yerləri və yerli istehsalatla bağlıdır. Azərbaycan bu səbəbdən iqtisadiyyatın şaxələndirilməsi üzərində ciddi islaharların aparılmasını həyata keçirdir. Orta Dəhliz üzərində və Şimal-Cənub marşrutu boyu yerləşmə Azərbaycanda əlavə iş və biznes imkanları yaradır. Yaxın gələcəkdə Bakıda dəniz limanının yaxınlığında yerləşən azad zonanın açılışı olacaq.Bu günlərdə ən mehriban mühitlərdən biri Azərbaycanla-Gürcüstan, Azərbaycanla-Türkiyə, Gürcüstan-Türkiyə arasında münasibətlər və üçtərəfli əlaqələrdir. Artıq bir neçə üçtərəfli əməkdaşlıq formatı var. Xarici işlər, müdafiə, iqtisadiyyat nazirləri səviyyəsində, həmçinin liderlər sammiti olub. Sirr deyil ki, Azərbaycan Xəzər dənizində 53 gəmi ilə ən böyük ticarət donanmasına malikdir. Xüsusi qeyd etməliyəm ki, Türkmənistan, Qazaxıstan, Azərbaycan, Mərkəzi Asiya ölkələri arasında yaxşı dəmir yolu bağlantıları yoxdur. Azərbaycan təbii qazla bağlı Avropa Komissiyasından müraciət daxil olan kimi dərhal müxtəlif istiqamətlər üzrə işlərin görülməsi prosesi başlandı. Birincisi, hasilatın fiziki artımını, sonra səmərəliliyi, itkilərin azaldılmasını və daxildə istifadə etdiyimiz qaza harada qənaət edə biləcəyimizi və onun Avropa bazarına ötürülməsi kimi işlər görüldü. 2021-ci ildə Avropa bazarına ixracımız təqribən 8 milyard kubmetrdən çox idi. 2023-ci il ixrac ən azı 11,6 milyard kubmetr olacaq. Göründüyü kimi, artım çox sürətlidir və ümumi həcm isə 24 milyard kubmetrdir. Avropa İttifaqına təchizat minimum 20 milyard kubmetr səviyyəsində olacaq. Bunun üçün Avropada daha çox interkonnektorlar olmalıdır. Onlardan biri – Yunanıstan-Bolqarıstan interkonnektoru keçən ilin sonlarında açılmışdır. Bu, bizə Bolqarıstana və bu ildən etibarən Rumıniyaya təbii qazı təchiz etməyə başlamaq imkanını verdi.Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev bunları qeyd etmişdir: Avropa istehlakçılarının artan tələbatını ödəmək üçün Azərbaycan gərgin çalışır. TANAP-ı 16 milyard kubmetrdən 32 milyard kubmetrə, TAP-ı isə 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər genişləndirməliyik. TAP yalnız iki il bundan əvvəl açılmışdır. Lakin indi biz həcmi genişləndirməlidir. Beləliklə, əlavə maliyyələşmə tələb olunacaq və biz buna hazırıq. Azərbaycan regionda sülh və təhlükəsliyin təminatına tərəfdaş və bu təminatı dəstəkləyən bir ölkədir.

Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər