Siyasət

  • 1 495

"İnsanları süründürməçilik yolu ilə narahat edirlər" - ELDAR İBRAHİMOV

image

"Aqrar sahədə çox böyük işlər görülüb. Bizim qarşımızda 7 məsələ dayanıb ki, bu da qanunlarda dəyişikliklərdir. Çünki zaman gedir, həyat dəyişir və tələbat da yenilənir. Buna görə bu məsələ çox vacibdir". SİA xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Milli Məclisinin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasına deputat Eldar İbrahimov deyib.Onun sözlərinə görə, əmlak məsələlərində qarışıq məqamlar var: "Təəssüflər olsun ki, bu məsələlərdə Kənd Təsərrüfatı Nazirliyi və Əmlak Komitəsi nə iş görürsə bu araşdırmalıdır.Abşeron rayonunda torpaqlar aydınlaşmayıb. Bunların taleyi nə olacaq? İnsanları süründürməçilik yolu ilə narahat edirlər. Belə məsələlər var.Torpaq islahatı bir çox rayonlarda ya elə belə icra olunur, ya da qəbul olunub. İnsanlar incidilir. Bu məsələləri yekunlaşdırmaq lazımdır".

Ayşən Vəli

Digər xəbərlər