Siyasət

  • 2 861

"Bələdiyyə torpaqları təftiş olunmalıdır" - AZƏR BADAMOV

image

“Bu gün əsas məsələlərdən biri sənədsiz evlər problemidir”. SİA xəbər verir ki, bu barədə Aqrar siyasət komitəsinin iclasında deputat Azər Badamov bildirib.Azər Badamov sözlərinə belə davam edib: “Ona görə də bələdiyyə torpaqları təftiş olunmalıdır. Buna ehtiyac var. Əgər həmin torpaqlar kənd təsərrüfatı üçün nəzərdə tutulubsa, niyə fərdi evlər tikilib? Burada məsuliyyətli şəxslər qanun qarşısında cavab verməlidir. Bundan başqa həmin torpaqlarda ev tikənlərin sənəd məsələləri həll olunmalıdır. Bu da minlərlə insanı əhatə edir. Amma qeyd etdiyim kimi, belə halların yaşanmasına məsul olan şəxslər cavab verməlidir”.

Ayşən Vəli

Digər xəbərlər