Siyasət

  • 2 780

"Bu məsələlərlə bağlı ciddi təhlillər aparılsın" - AYDIN HÜSEYNOV

image

"Evlərin özəlləşdirilməsi ilə bağlı bir sıra məsələlərə toxunmaq istəyirəm. Belə ki, məlum olduğu üzrə torpaq sahələriniz var və burdan Abşeron yarımadasında aid olanlar da mövcuddur. Görürsünüz ki, bu ərazilərin əksəriyyətində evlər tikilib. 10-15 sot torpağın üzərinə yazılıb ki, bu kənd təsərrüfatı məqsədlidir. Ona görə də xahiş edirəm ki, bu məsələlərlə bağlı təhlillər aparılsın". SİA xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Milli Məclisinin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasına deputat Aydın Hüseynov deyib.Onun sözlərinə görə, otlaq sahələrinin icarəyə verilməsi qanunla tənzimlənir ki, bu çox yaxşıdır: "Hər birimiz rayon-kənd mühitində böyümüşük. Bilirik ki, müəyyən dərəcədə maili yamac varsa, 2-3 ildən sonra o torpaqlar aşınıb gedir. Bu barədə müvafiq qurum araşdırmalar aparmalıdır.Son olaraq qeyd edim ki, düzən ərazidə əkilən ağacların bu gün heç bir effekti yoxdur".

Ayşən Vəli

Digər xəbərlər