Siyasət

  • 1 438

"Rusiya bu addıma görə Türkiyə rəhbərliyinə izahat verəcək" - POLİTOLOQ ŞƏRH ETDİ

image

Bu hadisə son dövrlər Türkiyə ilə Rusiya arasında inkişaf etmiş siyasi əlaqələrə böyük bir zərbə vura bilər”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov bildirib.Onun sözlərinə görə, Azərbaycanın özəlliklə Türkiyə ilə əlaqələrinə strateji müttəfiqlik səviyyəsinə çatdırılandan sonra Rusiya ilə Türkiyə arasındakı münasibətlər də kifayət qədər inkişaf etmiş vəziyyətdədir: “Həmçinin Türkiyə digər dövlətlərdən fərqli olaraq Rusiya-Ukrayna müharibəsində qızışdırıcı deyil, barışdırıcı bir faktor kimi iştirak edir. Bu baxımdan əlbəttə ki, Rusiyanın raket hücumu nəticəsində Türkiyə gəmilərinin qəlpələrlə zədələnməsi fikrimcə, təsadüfdür. Çünki indiki dövrdə Rusiyanın Türkiyəni hərbi və siyasi mənada gərginləşdirməyə çalışması ağılabatan deyil. Bu təsadüf hər bir halda Rusiyanın Türkiyəyə üzrxahlıq etməsi ilə nəticələnəcək. Rusiya bu addıma görə Türkiyə rəhbərliyinə izahat verəcək”.

Müəllif: Banuçiçək Hüseynli

Digər xəbərlər