Siyasət

  • 1 379

“Aksiya artıq əhəmiyyətli nailiyyət əldə edib” MÜNASİBƏT

image

“Şuşada, Laçın-Xankənd yolunda 46 gündür davam edən dinc aksiya artıq müsbət mənada mühüm əhəmiyyətli nailiyyət əldə edib”. Bunu “Azadlıq Hərəkatçıları” Birliyinin sədri Təhmasib Novruzov “Səs” qəzetinə açıqlamasında bildirib.Onun sözlərinə görə, bu aksiyadan Azərbaycan əleyhinə istifadə etmək istəyən düşmən tərəf və onlara dəstək verən güclər, əslində, bu aksiyanı bizdən daha çox təbliğ etdilər: “Həmin qüvvələrin Azərbaycan xalqının bu dinc, beynəlxalq hüquq normalarına uyğun aksiyasına başqa don geyindirməyə çalışsalar da, bunun əksinin şahidi oluruq. Bəzi maraqlı qüvvələr istisna olmaqla, bütün dünya ekoaksiyanın mahiyyətini düzgün anlayır və bunu xalqımızın qanuni hüququ kimi qəbul edir. Azərbaycan diplomatiyası düşmənin bütün çabalarını heçə endirir. Konkret bu aksiyada irəli sürülən tələblərin yerinə yetirilməsi baxımından əhəmiyyətinə gəlincə, bu tələblərin bir qismi artıq nəticəsini verib və verməkdə davam edir. Məhz aksiyanın nəticəsidir ki, 46 gündür Azərbaycanın sərvəti ölkədən qanunsuz çıxarılmır”.T.Novruzov onu da bildirdi ki, Qarabağda yaşayan ermənilərin xeyli qismi artıq Azərbaycanın qanunları ilə yaşamaq istəklərini açıq-aşkar səsləndirirlər: “Bölgəyə qeyri-qanuni səfərlərin, o cümlədən terrorçuların gəlməsi dayandırılıb, bölgəyə qanunsuz hərbi silahların gətirilməsinin qarşısı alınıb. Bunlar, hesab edirəm ki, aksiyanın mühüm nailiyyətləridir. Ancaq yola Azərbaycan tərəfinin daimi nəzarətinin təmin edilməsi, Xankəndi, Xocalı, Xocavənddən olan məcburi köçkün Azərbaycan vətəndaşlarının doğma yurdlarına dönmələri, ərazidə Azərbaycan qanunlarının tətbiq edilməsi kimi mühüm məsələlərə, bunlar da tezliklə həllini tapacaq. Dünya gücləri nə qədər ermənilərə dəstək versələr də, Azərbaycanın siyasi rəhbərliyinin qətiyyətli mövqeyi, bu mövqeyə söykənən diplomatiyası, nəhayət, ölkəmizin hərbi qüdrəti bütün bunların tezliklə müsbət həll ediləcəyinə əminlik yaradır”.

Müəllif: Gülyana

Digər xəbərlər