Siyasət

  • 1 614

YAP Səbail rayon təşkilatı şəhidin ailəsini ziyarət edib

image

Vətən müharibəsi şəhidi İsmayılov Orxan Zöhrab oğlunun doğum günü münasibətilə barelyefi və şəhidin ailəsi ziyarət olunub. SİA xəbər verir ki, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, sədr müavini Nicat Hüseynov, aparatın əməkdaşı Fuad Heydərli, Səbail rayonu şəhidlərinin ailə üzvləri tərəfindən şəhid İsmayılov Orxan Zöhrab oğlunun barelyefi və şəhidlərimizin məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılıb, üzərinə gül dəstələri qoyulub və ruhuna dualar oxunub.Daha sonra YAP Səbail rayon təşkilatı kollektivi və Səbail rayon şəhidlərinin ailə üzvləri ilə birgə şəhid Orxan İsmayılovun ailəsi ziyarət olunub.Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev vətən yolunda canlarını fəda edən şəhidimizin xalqımız tərəfindən daim qəlblərdə yaşayacağını, onları heç bir zaman unutmayacağını, dərin hörmət və ehtiramla yad edəcəyini, qeyd edib. O cümlədən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva tapşırıq və tövsiyələrinə uyğun olaraq ölkəmizdə şəhidlərə dövlət səviyyəsində verilən yüksək qiymətdən, şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışmış, hər bir şəhid ailəsinin bundan sonra da dövlət qayğısı ilə əhatə olunacağını bildirib.Şəhidin ailə üzvləri hər zaman onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

sia.az

Digər xəbərlər