Siyasət

  • 1 395

Biz bu terror hadisəsini şiddətlə və hiddətlə qınayırıq

image

Azərbaycan Respublikasının xarici siyasət fəaliyyətinin əsas istiqamətlərindən biri dünyanın digər dövlətləri ilə, xüsusilə də qonşu dövlətlərlə münasibətlərin qurulması və inkişaf etdirilməsi olmuşdur. Azərbaycan balanslaşdırılmış siyasət yeridən, bütün dünya ölkələri ilə normal münasibətlər saxlamağa can atan dövlət olsa da, təəssüf ki, bir sıra hallarda bəzi qonşu ölkələr dövlətimizə düşmən münasibətindən əl çəkmirlər. Son iki ildə xüsusilə də Azərbaycanın 44 gün davam edən, 30 ilə yaxın Ermənistanın işğalı altında olan torpaqlarımızın işğaldan azad olunması ilə yekunlaşan Tarixi Zəfərdən sonra İran Azərbaycana qarşı münasibətlərdə daha açıq düşmənçilik mövqeyinə keçmişdir.

Bu gün Irandakı Azərbaycan səfirliyində baş verən hadisə birmənalı olaraq İranın xüsusi xidmət orqanları tərəfindən təşkil olunmuş terror aktıdır. Ərazidə İran polisinin terroçuya heç bir maneçilik törətməməsi və bu terror aktının araşdırılması üçün zəruri addımların atılmaması bunun İran rejimi tərəfindən sifariş verildiyini göstərir. İran tərəfindən qatilin erməni olması və onun əraziyə uşaqla gəlməsi və səfirlikdə öz həyat yoldaşını axtarması ilə bağlı verilən məlumatlar isə diqqəti hadisənin mahihiyyətindən yayındırmaq məqsədi daşıyır.
Hesab edirəm ki, baş verən terror aktına qarşı ən böyük etirazı İranda yaşayan soydaşlarımız göstərəcəklər. Çünki bu hadisə bir daha İranın terroru dəstəklədiyini nümayiş etdirir və ilk dəfə deyil ki, İran belə fəaliyyətlərə yol verir.
Bu gün xatırlamaq yerinə düşər ki, Erməni təcavüzkarları tərəfindən Azərbaycan torpaqları işğal edildiyi zamanda, Xocalı faciəsində qadınlara, uşaqlara qarşı törədilən soyqırımda cənub qonşumuz İran tamaşaçı kimi baş verənləri seyr etdi, Ermənistanı işğalçılıq siyasətindən uzaqlaşdırmaq üçün heç bir addım atmadı. 44 günlük Vətən Müharibəsində belə İran tərəfindən heç bir dəstək almadıq. Əksinə, ermənilərə gizlicə silah daşınmasında yardım edirdi. Hələ bunlar azmış kimi, II Qarabağ Müharibəsi başa çatar-çatmaz Azərbaycan sərhədinə qoşun yığır, hərbi-təlimlər keçirdi. Bu cür addımlarla qalib ölkəyə göz dağı vermək istəsə də bu sadəcə bir cəhd olaraq qaldı.
Biz bu gün bu terror hadisəsini şiddətlə və hiddətlə qınayır, bu terroru bütün islam və müsəlman dünyasına qarşı törədilmiş vandalizm aktı kimi dəyərləndiririk.
Allahdan şəhidimizə rəhmət, yaralılarımıza şəfa diləyirik.

Gündüz Bayramov
YAP Samux rayon təşkilatının sədri

Digər xəbərlər