Siyasət

  • 1 435

Ukrayna XİN Azərbaycanın Tehrandakı səfirliyinə hücumu qətiyyətlə pisləyib

image

Ukrayna Azərbaycanın Tehrandakı səfirliyinə hücumu qətiyyətlə pisləyib.Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko bildirib.

“Ukrayna Azərbaycanın Tehrandakı səfirliyinə bugünkü hücumu qətiyyətlə pisləyir. Hücum nəticəsində səfirliyinin təhlükəsizlik xidmətinin əməkdaşları arasında həlak olan və yaralananlar var. Mərhumun yaxınlarına başsağlığı verir, yaralananlara tezliklə şəfa diləyirik”, - deyə Nikolenko qeyd edib.
Qeyd edək ki, yanvarın 27-də Bakı vaxtilə təxminən 08:30-da Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum baş verib. Nəticədə səfirliyin təhlükəsizlik xidmətinin bir əməkdaşı həlak olub, iki əməkdaş yaralanıb.

yap.org.az

Digər xəbərlər