Siyasət

  • 1 924

Türkiyəli politoloq terror hücumuna münasibət bildirdi

image

“Azərbaycanın İrandakı səfirliyinə qarşı olunan xain terroru şiddətlə qınayıram. Biz hər zaman Azərbaycanın yanındayıq”. Bu sözləri SİA-ya açıqlamasında türk politoloq Hakan Aktürk deyib.Hakan Aktürk sözlərinə belə davam edib: “Kalaşnikov avtomatı ilə atəş açan təcavüzkar səfirliyin mühafizə rəisini öldürüb və 2 mühafizəçini yaralayıb. Biz hər zaman qardaş ölkəmizlə birlikdə və çiyin-çiyinəyik. Azərbaycana qarşı edilmiş terror, həm də Türkiyəyə qarşı sayılır. Səfirliyə qarşı olan bu xain hücumun səbəbkarlarının İran hökumətinin səlahiyyətliləri tərəfindən tapılmasını və ən ağır şəkildə cəzalandırılmasını xahiş edirəm. Terror nəticəsində ölən şəxsə Allahdan rəhmət, yaralılara isə şəfa diləyirəm”.Xatırladaq ki, Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub.Hücumu edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq Səfirliyin mühafizə xidmətinin rəisi Əsgərov Orxan Rizvan oğlunu qətlə yetirməklə yanaşı, daha iki mühafizəçiyə xəsarət yetirmişdir. Bununla belə, Səfirliyin əməkdaşları cinayətkarı tərksilah etməklə onun cinayət əməllərini dayandırmışlar”.

Ayşən Vəli

Digər xəbərlər