Siyasət

  • 1 852

Ermənistan vaxtını fövtə verir... ŞƏRH+ÖZƏL

image

Heç bir missiya və başqa bu kimi cəhdlər Azərbaycanın haqlı tələbləri, irəli sürdüyü şərtləri qarşısında dayana bilməyəcək!

Ermənistanın baş naziri Nikol Paşinyanın hökumətin iclasında Azərbaycana qarşı əsassız ittihamlar irəli sürməsi və əslində, ermənilərə xas olan nağıllara söykənərək ağlına gələni danışması, o cümlədən XİN başçısı Ararat Mirzoyanın Avropa Parlamentinin komitəsinin toplantısında sərsəmləməsi, ya da dolayısı ilə müharibədən dəm vurması mövcud vəziyyətin daha gərginləşdirilməsindən xəbər verir.Beləliklə, Qərbin Cənubi Qafqaza yerləşmək cəhdləri ortadadır və bu baxımdan hadisələr bir-birini tez-tez əvəzləyir, intensivlik müşahidə olunur. O cümlədən, Azərbaycan özünün etibarlı partnyorları ilə münbit fəaliyyətlərə imza atdığı bir zamanda Ermənistan əlində olan son şansını belə doğru-dürüst istifadə edə bilmir. Hətta belə desək, bir müddət əvvəl Davosda keçirilən növbəti Forumda Ermənistan rəhbərliyinin iştirak etməməsi mövcud siyasi-iqtisadi və s. panoramda bu ölkənin, ümumiyyətlə, görünməməsi ilə nəticəsini tapır.

Sonradan “məni tələyə saldılar” tipli ağlayıb-sızlama siyasətini həyata keçirəndə çox gec olacaq!

Görünür, Nikol Paşinyan hökumətini Fransanın və Avropa Parlamentinin gərəksiz qətnamələri, bəyanatları da qane edir. Misal üçün, Fransanın daxili işlər naziri Jerald Darmanenin Fransa ermənilərinin koordinasiya şurasının (CCAF) ənənəvi naharı zamanı həyasız və ölçülüb-biçilməmiş “Ermənistanın düşmənləri Fransanın düşmənləridir” bəyanatı da bu xüsusdadır. Sadəcə, bu kimi axmaq xüsusda, başqa heç nə...

Amma bu da rəsmi İrəvanın öz işidir. Necə deyərlər, sonradan “məni tələyə saldılar” tipli ağlayıb-sızlama siyasətini həyata keçirəndə çox gec olacaq!

Başqa tərəfdən isə Avropa İttifaqı missiyasının bəzi şübhəli şəxslərinin Ermənistana göndərilməsi faktı da özündə bir sıra suallar doğurur. Daha dəqiq desək, bu missiyanın üzvləri arasında vaxtilə kəşfiyyat xidmətlərində fəaliyyət göstərmiş şəxslərdən başlayaraq sabiq hərbçilərin də olması barədə məlumatlar mövcuddur.

Erməni politoloqu Hayk Naapetyan Aİ missiyası haqqında: “Onların qarşısına qoyulan tələb silahlı toqquşmaların qarşısını almaq deyil, onlar kəşfiyyat işlərini aparacaqlar və lazım olanda silahlı qarşıdurmaları Yuqaslaviyada, Kosovada olduğu kimi gərginləşdirəcəklər

Maraqlıdır ki, bunu elə erməni siyasi və hərbi şərhçiləri də etiraf edirlər. Məsələn, erməni hərbi eksperti Hayk Naapetyan KİV-ə açıqlamasında bildirib ki, Aİ müşahidəçiləri Ermənistana kəşfiyyat işləri aparmaq üçün gəlirlər. SİTAT: “Onların qarşısına qoyulan tələb silahlı toqquşmaların qarşısını almaq deyil, onlar kəşfiyyat işlərini aparacaqlar və lazım olanda silahlı qarşıdurmaları Yuqaslaviyada, Kosovada olduğu kimi gərginləşdirəcəklər. Əgər hazırda Ermənistana müşahidəçilər göndərən Aİ-yə üzv ölkələr bu qədər cana yanandırlarsa 44 günlük müharibəni dayandırardılar. Onlar heç vaxt Azərbaycanı və Türkiyəni tənqid etməyəcəklər, çünki onlarla sıx əməkdaşlıq edirlər”.O da diqqətçəkəndir ki, adıçəkilən erməni ekspertinə görə, hətta silahlı torruşmaların olacağı halda missiyada olanlar uzağı bəyanatlar verib, sadəlövh insanları beyinlərini yumaqla kifayətlənəcəklər.Naapetyan İran faktorunu da istisna etməyib. SİTAT: “Onlar İrana görə gəlirlər. Ona görə ki, Qərb İrana qarşı hərbi yürüşə hazırlaşır. Bundan əlavə, burada kəşfiyyat işləri də aparılacaq”.Ancaq erməni ekspert rəyinin hansı məna kəsb etməsindən asılı olmayaraq və eyni zamanda, bütün bunlara rəğmən, Ermənistan, sadəcə, vaxtını fövtə verir və əslində, heç bir məqsədli missiyalar, ya da cəhdlər rəsmi Bakının haqlı tələbləri, eləcə də şərtləri qarşısında dayana biləcək gücdə olmayacaq!

Rusiyalı politoloq Yevgeni Mixaylov Aİ missiyası barədə: “Ermənistan eyni anda iki kətildə oturmağa cəhd edir”

İndi isə gələk Rusiyanın tanınmış politoloqu Yevgeni Mixaylovun analizinə. Kreml dairələrinə yaxınlığı ilə seçilən politoloq hesab edir ki, Ermənistan bir anda iki kətildə oturmağa cəhd göstərir. Onun sözlərinə görə, İrəvanın delimitasiya və demarkasiya edilməmiş sərhədlərində iki illik müddətə Aİ-nin müşahidəçilər missiyasını yerləşdirmək istəyi yalnız anti-Azərbaycan deyil, həm də anti-Rusiya addımıdır. SİTAT: “Bildiyim qədər Bakı 2 aylıq missiyaya qarşı etiraz etmirdi, ancaq həmin missiyanı daha böyük sayda və 2 illiyinə göndərmək qəbuledilməzdir”.Mixaylov hesab edir ki, Azərbaycan bu oyunların arxasında dəfələrlə Aİ-də anti-Azərbaycan qətnamələrinin qəbul olunması üçün canfəşanlıq göstərən ermənipərəst Fransanın dayandığını çox gözəl bilir. SİTAT: “Aİ missiyası Rusiyanın da maraqları üçün fövqəladə dərəcədə təhlükəlidir. Mənim nəzərimcə aydındır ki, İrəvan nəyə doğru getdiyini dərk edir və buna müvafiq olaraq daha əvvəl Moskva ilə əldə olunmuş razılaşmalara qarşı açıq şəkildə çıxış etdiyini də anlayır. Yəni aşkar şəkildə xəyanət edir.

Rusiyalı politoloq: “İrəvan Moskvaya qarşı xainliyə getdi”

Beləliklə, İrəvanın eyni anda iki kətildə oturmaq cəhdləri barədə danışan rusiyalı politoloq bildirib ki, Ermənistan həmin kətillərin hansının necə dayanıqlı olmasından sonra hansı addımlar atacağı barədə qərara gələcək. SİTAT: “Axı aşkar olaraq aydındır ki, İrəvan Moskvaya qarşı xainliyə getdi, hansı ki, Rusiya hazırda Ukraynada hərbi əməliyyatlarını davam etdirir. Və belə bir məqamda İrəvan öz dövlətçiliyini təhlükə altına atmaqla çox təhlükəli oyuna daxil olub”, politoloq fikirlərini yekunlaşdırıb.Nəticədə isə bütün kartlar ortadadır və açıq vəziyyətdədir. Artıq İrəvan öz seçimini edib və belə görünür ki, Nikol Paşinyan hakimiyyəti, həqiqətən də, ölkəni ağır və çıxılmaz vəziyyətə, hətta xəritədən silinmək vəziyyətinə doğru sürükləyir. Azərbaycanın isə verdiyi vaxtların sonuncu da bitmək üzrədir. Yəni Rusiya Ermənistanla öz haqq-hesabını necə çəkəcəyini özü bilər, amma Azərbaycanın haqq-hesabı, əlbəttə ki, İrəvana çox baha başa gələcək.

Rövşən RƏSULOV

Digər xəbərlər