PDF Oxu

Siyasət

  • 3 310

Ağstafada şəhid Ramiz Mustafayevin xatirəsi anılıb

Ağstafada şəhid Ramiz Mustafayevin xatirəsi anılıb

Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov və aparatın məsul şəxsləri, Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, rayonun hüquq-mühafizə orqanları rəhbərləri, Ağstafa rayon Gənclər və İdman idarəsinin rəisi Əziz Məsmalıyev, şəhid ailələri, partiya fəalları və rayon ictimaiyyətinin nümayəndələri Şəhidlər Xiyabanında şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla anıblar.Tədbir çərçivəsində şəhidimizlə eyni məzarlıqda uyuyan digər şəhidlərimiz Abdullayev Nihad Adil oğlunun, Orucov Xudayət Vilayət oğlunun, Əhmədov Mahmud Fərman oğlunun, Babayev Mustafa Elman oğlunun, İbrahimov Elçin Rövşən oğlunun, Əliyev Tahir Çingiz oğlunun və Həsənov Elnur Elman oğlunun da məzarları ziyarət olunub, məzarları önünə gül dəstələri düzülərək əziz xatirələri yad edilib.Daha sonra tədbir iştirakçıları Ramiz Mustafayevin ailə üzvlərini ziyarət edərək, onların qayğıları ilə maraqlanıblar, dərin hüzünlə başsağlığı veriblər. Söhbət zamanı şəhidimizin keçdiyi şərəfli həyat və döyüş yollarından geniş bəhs edilib. Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər. Qeyd edək ki, Ramiz Mustafayev 2021-ci ildə Kəlbəcərdə Ömər aşırımında şəhidlik zirvəsinə yüksəlib.

sia.az

Digər xəbərlər