“Azərbaycanla ABŞ arasında əlaqələrin qədim zəngin tarixi var. İki ölkə arasında əlaqələr davamlı olaraq müxtəlif sahələr üzrə inkişaf edir. Bu əlaqələrdə Azərbaycanla Amerika arasında əvvəlki dövrdən əməkdaşlıq mövcuddur”. Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.Onun sözlərinə görə, Azərbaycan hər zaman bu əməkdaşlığa xüsusi həssaslıqla yanaşır, əlaqələrin inkişafında maraqlı olub, davamlı olaraq qarşılıqlı səfərlər təşkil olunub: “Bu gün də bu istiqamətdə addımlar davam edir. Azərbaycan eyni zamanda ABŞ-la beynəlxalq təhlükəsizliyin təmin olunması lahiyələrində, Əfqanıstanda həyata keçirilən antiterror əməliyyatlarında, ümumiyyətlə dünyada təhlükəsizliyin təmin olunmasına da hər zaman öz töhfələrini vermişdir”.Deputat sözlərinə belə davam edib: “Ötən müddətdə dəfələrlə Amerika dövlətinin rəhbərliyi Prezident İlham Əliyevə rəsmi şəkildə məktublar ünvanlayıb. Bir müddət bundan əvvəl Amerikada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər nazirinin görüşü oldu, müxtəlif məsələlər ətrafında müzakirələr aparıldı. Əsas hədəf və məqsəddən biri də bölgəyə sülhün gəlməsi və bölgədə sülhün təmin olunması məsələsidir ki, bu istiqamətdə də davamlı olaraq müzakirələr gedir. Bu görüşlərdə Azərbaycan maraqlıdır və eyni zamanda Amerika Birləşmiş Ştatları da çalışır ki, keçmiş Qarabağ münaqişəsinin tənzimlənməsinə töhfəsini versin.Bir neçə gün bundan əvvəl də yenidən Amerikanın dövlət katibi cənab Prezidentlə telefon danışığı oldu, müəyyən məsələlər ətrafında müzakirələr aparıldı, görüşlər keçirildi. Bütövlükdə isə bütün bunlar bir daha qeyd edirik ki, əlaqələrin inkişafına daha da güclənməsinə öz töhfəsini verir və verəcəkdir. Düşünürük ki, növbəti aylarda da bu əlaqələrin inkişafı davam edəcək”.
Ayşən Vəli