Gənclərimizin cəmiyyətimizin bütün sahələrinin inkişafında rolu böyükdür. Dövlətimiz gənclərimiz üçün böyük imkanlar yaratmışdır. İstər elm sahəsində, istərsə də digər sahələrdə gənclərimizin fəaliyyəti təqdirə layiqdir. Biz bu gün azad ölkədə yaşayırıq, özünə güvənən ölkədə yaşayırıq, sabitlik olan ölkədə yaşayırıq. Biz haqlı olaraq fəxr edirik ki, Azərbaycan vətəndaşıyıq. Əsası Ulu öndər Heydər Əlirza oğlu Əliyev tərəfindən qoyulan dövlət siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsil yetişir. Müasir Azərbaycan gəncliyi ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini yüksək qiymətləndirir, onun bizə bəxş etdiyi Azərbaycanın müstəqilliyini, elmin, təhsilin inkişafını, ölkəmizin siyası iqtisadı yüksəlişini, gənclərə olan diqqətini və qayğısını dərin etiram hissi ilə xatırlayır. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə gəncləri aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə böyük işlər görülür. Azərbaycan gəncliyin inkişafına təkan verən cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətidir. Gənclərimiz dövlətçiliklə bağlı, intellektual, yüksək dünyagörüşlü bir qüvvə kimi formalaşması bu siyasətin nəticəsidir. Cənab Prezident İlham Əliyev hər zaman gənclərə dəstək olub. “Gənclər üçün Prezident mükafatı”nın təsis edilməsi bu diqqətin nümunəsidir. Gənclik bir millətin yaşamasında, inkişaf etməsində böyük rol oynayır. Demək olar ki, gənclik hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin möhkəmləndirilməsində bir təməl daşıdır. Odur ki, yüksək intellektual səviyyəli potensial kadrların yetişdirilməsi və gənclərin aparıcı qüvvəyə çevrilməsi vacib məsələlərdən sayılır. Azərbaycan gəncliyi ana dilimizi, gözəl adət-ənənələrimizi qoruyub saxlayır və yaşadır.Bu gün gənclər öz gələcək həyatını düzgün müəyyən etmək üçün və eyni zamanda, Vətəninə, öz xalqına maksimum xeyir vermək üçün fəal olmalıdır. Vətən uğrunda, torpaq uğrunda Qabağa gedənlərin əksəriyyəti gənclər idi. Bu hər birimiz üçün qürur mənbəyidir. Çünki elə bir gənc nəsil yetişdi ki, hətta Qarabağı görməyən, o acı tarıxı görməyən gənclər Qarabağ uğrunda, Vətən uğrunda milli ləyaqət uğrunda ölümə gedirdilər və şəhid oldular, qazi oldular və müzəffər ordumuzun şöhrətini yüksəklərə qaldırdılar. Əgər gənclərimiz vətənpərvərlik ruhunda tərbiyə almasaydılar, bilmək olmazdı müharibənin nəticəsi necə ola bilərdi. Əlbəttəki gənclərimizi irəliyə aparan milli ruh, milli ləyaqət və vətənpərvərlik hissi idi. Qələbənin təməlində sözsüz ki, Heydər Əliyev siyasəti, uzaqgörənliyi, düzgün mövqe tutmuş, vətənpərvərlik ruhda inkişaf edən gənclik və Heydər Əliyev məktəbin davamçısı Ali Baş Komandan İlham Əliyev durur. Yaşlı nəsil estafeti orta nəsilə verdyi kimi, indi də orta nəsil öz estafetini gənclərə verir. Verir ki, Azərbaycanı elm sahəsində bütün dünyaya tanıtsınlar. Bu gün biz qalib ölkənin vətəndaşıyıq. Artıq bütün dünyada qalib bir ölkəni təmsil edirik, qürurla təmsil edirik, istər elm sahəsi olsun, istər idman, istər incəsənət. Zəfərimizlə biz sübut etdik ki, haqq-ədalət gec-tez öz yerini tutur və Vətəndən, torpaqdan pay olmur. Hər birimizdə vətənpərvərlik hissi yüksək olmalıdır. Məhz bu vətənpərvərlik hissi, Vətənə olan sevgi, bağlılıq Vətən müharibəsində əsas rol oynadı. Bizim əlbəttə ki, güclü Ordumuz, texnikamız, silahlarımız var, amma Qələbənin əsas şərti döyüşcülərin əzmkarlığı, Vətənə olan bağlılığı idi. Bunu da gənclərimiz Vətən müharibəsində göstərdi, sübut etdi. Bəli, Qələbəni qazandıq, ancaq bununla kifayətlənmək olmaz. Bizi indi ən çətin lakin şərəfli yol gözləyir. Müstəqillimiyizi qoruyub saxlamaq, bir daha xarici düşmənlərə torpaqlarımızı işğal etməyə imkan verməmək.Bunun üçün biz hörmətli prezidentimizin İlham Əliyevin ətrafında daha da sıx birləşməli, hakim partiyanın apardığı siyasətə qoşulmalıyıq. Məhz birlik Azərbaycan dövlətimizin müstəqilliyini qoruyub saxlayacaq. Məhz birlik heç bir qüvvəyə bu müstəqilliyi məhv etməyə imkan verməyəcək. Bu işdə gənclərimizə Yeni Azərbaycan Partiyası təşkilatı adından uğurlar diləyirəm. Ölkəmizin gələcəyi, uğuru, gənclərin bilikli, bacarıqlı, əzmkarlığı deməkdir. Ali Baş Komandan, cənab prezidentimiz İlham Heydər oğlu Əliyevin göstərişlərini sözsüz icra etmək hamımızın borcudur.
Yaşasın Azərbaycan Gəncliyi!
Şəhla Xəlilova
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Fizika İnstitutu üzrə ərazi partiya təşkilatının sədri