Heç kimə sirr edyil ki, 2 feval gününün “Gənclər Günü” kimi elan olunması Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Məhz xalqın arzu , istək və təkidli tələbi ilə ulu öndərin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsas qoyulmuşdur.
2 fevral 1997-ci ildə prezident Heydər Əliyevin sərəncamı ilə Azərbaycanda Gənclər Günü təsdiq olunmuşdur. Bu, ulu öndər Heydər Əliyevin Azərbaycan gənclərinə göstərdiyi diqqət və qayğının bir nümunəsi idi. Onu da qeyd etmək lazımdır ki, Gənclər Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub.
Ümummilli lider Heydər Əliyev deyirdi ki, Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən də bu gün Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi isə Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır.
Ulu öndərin əsasını qoyduğu gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirirlir. Dövlət başçısı gənclərin təhsilinə, sağlamlığına, asudə vaxtının səmərəli təşkilinə xüsusi diqqət göstərir. Cənab İlham Əliyev 2003-cü ildə Prezident seçildikdən sonra gənclər siyasətinin inkişaf istiqamətini mövcud ənənələr əsasında daha da təkmilləşdirdi. Azərbaycan gəncliyi ilə bağlı Dövlət proqramları qəbul edildi, 2007-ci il “Gənclər ili” elan olundu, 2011-ci ildə Gənclər Fondu yaradıldı, 2013-cü ildə ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı” təsis olundu, Azərbaycan gənclərinin İnkişaf Strategiyası təsdiqləndi. Bütün bunlar dövlət başçısının gənclərə nə qədər dəyər verdiyinin bariz nümunəsidir.
Ümummilli lider Heydər Əliyev deyirdi “ Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”. Həqiqətən də bu gün yetişən gənclər müstəqil Azərbaycanın bu günü və gələcəyi haqqında düşünür , lazım gəldikdə bu yolda canlarını da verməyə hazır olduqlarını nümayiş ertdirirlər. Məhz gənclər siyasətində də milli və dövlətçilik maraqlarının prioritet olması 27 sentyabr 2020-ci ildə başlanmış 44 günlük Vətən müharibəsində həlledici rol oynadı. Ali Baş Komandan İlham Əliyevin prezidentliyi dövründə yetişən gənclər müharibədə əsas missiyanı layiqincə yerinə yetirdilər.
Prezident cənab İlham Əliyevin söylədiyi kimi biz haqlı olaraq gənclərimizlə fəxr edirik.
Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri