Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla İsrailin müdafiə naziri Yoav Qallant hər iki ölkə arasında hərbi-texniki əməkdaşlığın perspektivlərini müzakirə ediblər.Bu barədə SİA-ya Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.Bildirilib ki, nazirlərin telefon danışığı zamanı tərəflər baş verən terror hadisələrini kəskin qınayıb, regional təhlükəsizlik məsələlərini, eləcə də ölkələrimiz arasında hərbi-texniki əməkdaşlığın perspektivlərini müzakirə ediblər.Qeyd edək ki, fevralın 1-də Z.Həsənovla Y.Qallantın təşəbbüsü ilə telefon danışığı olub.
sia.az