Ağdam rayonunda Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatı və Ağdam rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Dövlət Peşə Təhsil Mərkəzi 2 nömrəli Ağdam Peşə məktəbi ərazi partiya təşkilatında "Dini radikalizm və ekstremizmə qarşı mübarizədə gənclərin rolu" mövzusunda tədbir keçirilib.Tədbir iştirakçıları ilk öncə Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.Tədbirdə YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, Ağdam rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Mehman Mustafayev, Seyid Lazım Ağa ziyarətgahının axundu Seyid Yusif Ağa iştirak ediblər.Tədbiri giriş sözü ilə 2 nömrəli Ağdam Peşə məktəbinin direktoru Xanım Əliyeva açaraq, dini maarifləndirmə ilə bağlı dövlət siyasətindən, radikalizmi yaradan səbəblərdən və onların aradan qaldırılması istiqamətində aparılan bu cür tədbirlərin əhəmiyyətindən danışaraq bildiriblər ki, bu gün xalqımızın zəngin tolerantlıq ənənələrinin qorunub daha da inkişaf etdirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindəndir.YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, Ağdam rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Mehman Mustafayev və Seyid Yusif Ağa isə çıxışlarında ölkədəki dini durum, dini icmaların fəaliyyəti, dövlətin dinə qayğısı və tolerantlıq siyasəti barədə danışaraq qeyd ediblər ki, dövlət-din münasibətləri qanunvericiliklə tənzimlənir. Milli-mənəvi və dini dəyərlərimizin qorunması, eləcə də vətənpərvərlik prinsiplərinin təbliğində cəmiyyətin, xüsusilə gəncləri qeyri-ənənəvi dini cərəyanların təsirinə düşməkdən çəkindirmə yollarından bəhs ediblər. Çıxışlar zamanı qlobal təhlükəyə çevrilmiş dini radikalizm və ekstremizmlə mübarizənin prioritet məsələ olduğu qeyd edilib. Bildirilib ki, bəzi məkrli qüvvələr öz təbliğatlarına hədəf kimi əsasən, gəncləri seçib onları asanlıqla manipulyasiya obyektinə çevirdiyinə görə, gənc və yeniyetmələrin maarifləndirilməsinə xüsusi diqqət yetirilməlidir.
ZÜMRÜD BAYRAMOVA