PDF Oxu

Siyasət

  • 3 705

Gənclərə xüsusi diqqət və qayğı göstərilir - ŞƏRH

Gənclərə xüsusi diqqət və qayğı göstərilir - ŞƏRH

Gənclər siyasəti müstəqil Azərbaycanda dövlət siyasətinin ən mühüm istiqamətlərindən biridir. Bu siyasət Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin 1993-cü ilin iyununda xalqın arzusuz, istəyi ilə hakimiyyətə qayıdışı ilə gənc nəsilə diqqətin göstərilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. 1994-cü ildə dövlət gənclər siyasətini icra edən Gənclər və İdman Nazirliyi yaradıldı. 1997-ci ildə Ümummilli Lider Heydər Əliyevin Sərəncamı ilə 2 fevralın Gənclər günü elan edilməsi, gənclərə dövlətin diqqət və qayğısını əks etdirən çox saylı dövlət proqramlarının həyata keçirilməsi, Gənclər Fondunun yaradılması, o cümlədən dövlətin müxtəlif qurumlarında gənclərə rəhbər kimi yüksək etimad göstərilməsi də bu siyasətin nəticəsidir.

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Ölkəmizdə həyata keçirilən Gənclər siyasəti, bu sahədə atılan addımlar və qəbul olunan qərarlar prezident İlham Əliyevin gələcəyə hesablanmış uğurlu strategiyasının təzahürüdür. İlk növbədə birmənalı olaraq qeyd etmək lazımdır ki, hazırda ölkə prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilən Gənclər siyasəti Azərbaycanda həyata keçirilən və bütün digər sahələri də əhatə edən ümumi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Əgər Azərbaycan gəncliyi bu gün ölkənin ictimai həyatının bütün sahələrində aktiv fəaliyyəti ilə seçilirsə, siyasi, iqtisadi, hümanitar, sosial layihələrin həyata keçirilməsində mühüm rol oynayırsa, bu, birbaşa dövlət Gənclər siyasətinin effektivliyinin göstəricisidir.

Dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. Və bu hər bir Azərbaycan gəncində eyni zamanda onların bu ölkə üçün dəyərli vətəndaş olmaları inamını daha da gücləndirib. Ölkə prezidenti cənab İlham Əliyevin gənclərin potensialının reallaşmasına, onların vətənpərvər,savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn əhatəli və irimiqyaslı tədbirlərin həyata keçirilməsi dövlətin məhz sabaha, gələcəyə hesablanmış siyasətinin göstəricisidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşada - Cıdır düzündə xalqa müraciət edərkən deyib ki, Müharibədə bütün nəsillərin nümayəndələri iştirak ediblər, qəhrəmanlıq göstəriblər. Amma hər kəs bilməlidir ki, əsas missiyanı mənim prezidentlik dövrümdə yetişən gənclər yerinə yetiriblər, 2003-cü ildə uşaq olan gənclər yerinə yetiriblər. İlk növbədə, biz onlara borcluyuq, bütün Azərbaycan xalqına borcluyuq. Bütün xalqımız bu Qələbəni yaxınlaşdırırdı və bütün amillər birləşərək bu müharibənin nəticələrini şərtləndirdi". Bəli həqiqətən də Prezident İlham Əliyevin rəhbərliyi dövründə vətənpərvərlik ruhunda böyüyüb yetişdirilmiş gənclərimiz bir addım belə geri çəkilməyərək 27 sentyabr 2020-ci ildə başlanmış 44 günlük Vətən müharibəsində misilsiz qəhrəmanlıqlar göstərdilər. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi və müzəffər Azərbaycan Ordusunun əsgərlərinin, zabitlərinin, bir sözlə, bütün şəxsi heyətinin qəhrəmanlığı, şücaəti nəticəsində 44 günlük Vətən müharibəsi bütün dünyaya xalqımızın, dövlətimizin qüdrətini bir daha nümayiş etdirdi.

Çingiz İbrahimov

YAP Göyçay rayon təşkilatının əməkdaşı

Digər xəbərlər