“İranda Azərbaycan səfirliyinə qarşı törədilən terror hadisəsini bütün dünya tərəfindən pislənir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.Onun sözlərinə görə, bu terror hadisəsinin İranın xüsusi xidmət orqanları tərəfindən hazırlandığını hesab edirəm: “Əgər belə olmasaydı səfirliyimizə olmuş silahlı basqınla bağlı cinayət işinin dərhal araşdırılmasına başlayardı və Azərbaycanı da prosesin gedişatı ilə məlumatlandırardılar”.Deputat sözlərinə belə davam edib: “Səfirliklərin təhlükəsizliyi ilə bağlı məsuliyyəti səfirliyin yerləşdiyi dövlət tərəfindən daşınır. Vyana konvensiyasına və beynəlxalq hüquq normalarına görə dövlətlər öz ərazisndə yerləşdiyi səfirliklərin təhlükəsziliklərinə zəmanət verirlər. Amma səfirliyimizə edilmiş basqın və İranın mola-fars rejimi tarixində digər ölkələrin səfirliklərinə edilmiş hücumlar İranın diplomatların təhlükəsizliyinə heç bir zəmanət vermədiyini bir daha sübut edir.Ona görə də hesab edirəm ki, Azərbaycan öz səfirliyin əməkdaşlarını İrandan təxliyyə etdiyi kimi digər ölkələr də öz əməkdaşlarının təhlükəsizlikləri ilə bağlı addımlar atacaqlar”.
Ayşən Vəli