PDF Oxu

Siyasət

  • 2 456

Azərbaycan hər zaman Türkiyənin yanındadır - XİN

Azərbaycan hər zaman Türkiyənin yanındadır - XİN

Qardaş Türkiyənin Kahramanmaraş şəhərində baş vermiş güclü zəlzələ nəticəsində insan tələfatı və dağıntılar barədə xəbərləri dərin hüznlə qarşıladıq.SİA-nın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "Twitter" hesabında qeyd edilib.Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Azərbaycan Türkiyənin hər zaman yanındadır - deyə qeyd edilib.Qeyd edək ki, bu gün Türkiyədə 7.4 maqnitudalı zəlzələ olub. Türkiyədə zəlzələdə ölənlərin sayı 76 nəfəri keçib, 440 nəfər yaralı var.Zəlzələnin ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonu ərazisində 7 km dərinlikdə olub.Zəlzələ nəticəsində Diyarbəkir, Malatya, Osmaniye və Şanlıurfa əyalətlərində ciddi dağıntılar var.

yap.org.az

Digər xəbərlər