PDF Oxu

Siyasət

  • 2 600

“Terrorun törədilməsində İranın xüsusi xidmət orqanlarının əli var” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Terrorun törədilməsində İranın xüsusi xidmət orqanlarının əli var” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“İranda səfirliyimizə qarşı edilmiş silahlı basqın qabaqcadan hazırlanmış terror hadisəsidir. Çünki İranda səfirliklər qarşısında iki nəfər belə dayanıb söhbət edə bilməz. Əgər belə bir hal baş verərsə, həmin an xüsusi xidmət orqanları adamları sorğu-suala tutur və onların barəsində araşdırmaların aparılmasına başlanılır”. Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.Onun sözlərinə görə, amma səfirliyimizə edilmiş silahlı basqının görüntülərindən də müşahidə olunur ki, əli silahlı terrorçu çox sərbəst şəkildə səfirliyimizin binasına girir: “Səfirliyin mühafizəsində olan polis isə silahlı şəxsə heç bir reaksiya vermir. Hətta öz postundan uzaqlaşır və terrorçuya səfirliyimizin güllə baran edilməsi üçün sərbəst şərait yaradılır”.Deputat sözlərinə belə davam edib: “Amma təhlükəsiliyin əməkdaşı silahlı terrorçunu əli yalın zərərsizləşdirir və polisə təhvil verir. Bu səhnə çoxlu məqamlar haqqında fikir yürütməyimizə imkan verir.Həm də səfirliyimizə qarşı törədilmiş terror hadisəsinin üzərindən 10 gün keçməsinə baxmayaraq İran dövləti cinayət işinin istintaqının gedişatı ilə ölkəmizi məlumatlandırmayıb. Bu onu göstərir ki, terrorun törədilməsində İranın xüsusi xidmət orqanlarının əli var və ona görə də Azərbaycanı məlumatlandırmağa yeni heç nəyi yoxdur. Çünki Azərbaycan səfirliyə qarşı terror törədilən ilk gündən bütün hərəkətləri ciddi nəzarət altına alıb. Bu video görüntülər və hadisənin baş verməsi ilə bağlı detallarıən ifşa edilməsi İran dövlətinin hadisə ilə bağlı yaymağa çalışdıqları yanlış informasiyaların qabağını almışdır. Bununla yanaşı İrandan istintaqın şəffaf araşdırılmasını və terrorun təşkilatçılarının açıqlanaraq ifşa olunmasını tələb edəcəyik”.

Ayşən Vəli

Digər xəbərlər