Siyasət

  • 2 060

Konseptual məsələlər öz həllini tapmalıdır ŞƏRH

image

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev cari ilin 3 fevral tarixində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxış etmişdir. Dövlət başçısı strateji tərəfdaş kimi Rumıniyanın enerji təhlükəsizliyi məsələlərinə böyük diqqət yetirdiyini qeyd edərək Rumıniya ilə əməkdaşlığın genişləndiriləcəyini vurğulamış və enerji təhlükəsizliyinin həqiqətən milli təhlükəsizlik məsələsi olduğunu qeyd etmişdir. Enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə üçün əhəmiyyəti olduğu və bunun üçün yeni marşrutların qurulmasının, yeni mənbələrin cəlb olunması ən önəmli məsələlərdən olduğu bildirilmişdir.Ölkə başçısı qeyd etmişdir ki, Cənub Qaz Dəhlizi iki ildən bir az çox vaxt əvvəl açılmış və bu gün artıq TANAP-ın 16 milyard kubmetrdən 30 milyard kubmetrə qədər genişləndirilməsini nəzərdən keçiririlir və TAP-ın 10 milyard kubmetrdən 20 milyard kubmetrə genişləndirilməsi əsas qarşımızda duran məsələlərdəndir. Enerji təchizatının davamlı şaxələndirilməsi zəruridir və Azərbaycan buna hazırdır. Ona görə, əvvəlki illərdə birgə səylərimizlə görülmüş bütün işlər bu gün bizim səlahiyyətimizdədir və bizim heyətimiz daha da böyüyür. Ötən il Bakıda Avropa Komissiyasının rəhbəri xanım Ursula Fon der Lyayenin iştirakı ilə imzalanmış enerji sahəsində Strateji Memorandum uğurlu əməkdaşlığımızın zəmanətidir.Ölkəmizdə təbii qaz ixracı artır. İxrac 2021-ci ildə təxminən 19 milyard kubmetr, ötən il isə 22, 6 milyard kubmetr olmuşdur. Cari ildə onun 24, 5 milyard kubmetr olmasını gözləyirik. Bu, o deməkdir ki, Avropa Komissiyası ilə Anlaşma Memorandumu uğurla icra olunur. Azərbaycan nəinki hasilatı, o cümlədən ixracı artırır və həmçinin onun coğrafiyasını genişləndirir. Ölkə daxilində enerji səmərəliliyi üzərində işlər aparılır. Avropaya qaz təchizatının artırılması ilə bağlı Avropa Komissiyası ilə imzalanmış Anlaşma Memorandumundan dərhal sonra Azərbaycandan daha çox qazın təchiz edilməsi məqsədilə əlavə imkanların yaradılması üçün fəal şəkildə işlər görülür. İtkilərin azaldılması proqramı, o cümlədən elektrik enerji və təbii qazın kombinasiyası əsasında daxili istehlak proqramı üzərində işlər aparılır.Xəzər dənizində külək enerjisi potensialı 157 qiqavatdır. Quruda isə külək və günəş enerjisi potensialı 27 qiqavatdır. Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərdə külək və günəş enerjisi potensialı 10 qiqavatdan çoxdur. Hazırda 500 meqavatlıq günəş enerjisi stansiyasının tikilməsinə dair danışıqlar aparılır. Layihələr gələcəyə doğru hesablanmışdır. Təbii qaz ehtiyatları ən azı 100 il üçün bəs edəcək. Konseptual məsələlər öz həllini tapmalıdır. Hər iştirakçı ölkənin məsuliyyəti nədən ibarət olacaq, özəl şirkətlər necə cəlb olunacaq, bütün bu məsələlər razılaşdırılmalıdır. Eyni zamanda beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq davam olunmalıdır. Bu layihədə Türkiyə, Gürcüstan, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya, Rumıniya, Moldova və Macarıstan hökumətləri fəal iştirak edirlər.Avropa Komissiyası, həmçinin ABŞ və Böyük Britaniya hökumətləri layihəyə davamlı dəstək göstərir, eləcə də investisiya və maliyyə imkanları da daxil olmaqla geniş əməkdaşlıq üçün güclü bünövrə təmin etməklə davamlı dəstək göstərirlər. SOCAR və BP bir-birilə strateji əlaqələr qurmuş iki aparıcı şirkətdir. Bu əlaqələr ən azı 30 il də davam edəcəkdir. Bu layihənin həyata keçirilməsi üçün aparıcı maliyyə qurumları layihəyə maraq göstərir. Bunlar Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyasıdır.Azərbaycanda “Masdar” və “ACWA Power” kimi investorlarla birlikdə günəş və külək enerjisinin istehsalı ilə bağlı iki sərmayə layihəsi həyata keçirilir. Bu layihələrin ümumi həcmi 470 meqavatdır. Həmçinin bu yaxınlarda BP şirkəti ilə birlikdə bir layihənin icrasına başlayacağıq. Bu, işğaldan azad olunmuş Cəbrayıl rayonunun ərazisində inşa ediləcək 240 meqavatlıq elektrik stansiyası olacaqdır. Müxtəlif formatlarda və müxtəlif ölkələrlə birgə həyata keçirilən bütün layihələr – istər Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, istər Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, istərsə də Cənub Qaz Dəhlizi – hamısı uğurlu olmuş və Avropa qitəsində həm təbii qaz, həm də bərpaolunan enerji istehsalı ilə bağlı gələcək planlar da uğurlu olacaqdır. Qeyd edilən sahələrdə uğurlu gələcəyin qarantı işlərin davam etdirilməsi və davamlı surətdə dəstəkləyici mühitin yaradılması olduğu qeyd edilmişdir.

Fəxrəddin Vəliyev
YAP Şəmkir rayon Təşkilatının sədri

Digər xəbərlər