Siyasət

  • 2 088

Ulu öndərin siyasi kursu Böyük Qayıdışın təməl prinsiplərini təşkil edir TƏHLİL

image

Hər bir Azərbaycan vətəndaşına yaxşı məlumdur ki, 1993-cü ildə Azərbaycan parçalanmaq, bir ölkə kimi, bir dövlət kimi məhv olmaq təhlükəsi qarşısında idi. Belə bir çətin məqamda xalqın təkidli tələbini və istəyini qəbul edən Ümummilli Lider Heydər Əliyev 9 iyun 1993-cü ildə Naxçıvandan Bakıya gəldi, beləliklə, Azərbaycanın müasir dövlətçilik tarixində yeni səhifə açıldı. Ulu öndər Heydər Əliyev Ali Sovetin sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi və inkişaf etdirməyi özünün əsas vəzifələrdən biri hesab edirdi. Bu, bir həqiqətdir ki, 15 iyun Azərbaycanın müstəqillik tarixində yeni siyasi eranın başlanğıcı oldu. "Azərbaycan Respublikası, bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcək" fikrini söyləyən Ümummilli Lider Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və gələcək inkişafı istiqamətində mühüm addımlar atırdı. Xüsusilə qeyd etmək istərdim ki, o dövrdə, Azərbaycanın çətin günlərində bütün xalqımız kimi ağdamlıların da gözü Naxçıvana tikilmişdi. Çünki yeganə ümid yeri Naxçıvan Ali Məclisinin sədri, qəlbi daima xalqının qəlbi ilə döyünən Heydər Əliyev idi. Hər bir Azəbaycan ziyalısı kimi ağdamlılara da çox yaxşı bilirdilər ki, Heydər Əliyev kimi güclü və dəmir iradəli şəxsiyyət ölkənin bu çətin günlərində öz çiynini belə ağır, son dərəcə məsuliyyətli yükün altına verə bilər. Bu addımı yalnız Vətəni və xalqı naminə hər cür fədakarlığa hazır olan adam ata bilər. Odur ki, xalqın günü-gündən Heydər Əliyev şəxsiyyətinə olan inamı daha da artaraq ümumxalq məhəbbətinə çevrilmişdi.Qısa müddətdə Ulu Öndərin siyasi idarəetmə qabiliyyəti və uzaqgörənliyi ilə ölkədəki böhrana son qoyuldu. Dövlətçilik tariximizin ən şanlı qürur səhifəsi, məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ömrünün böyük hissəsini xalqa, vətənə həsr edən bu Dahi Şəxsiyyət bu gün ki, müstəqil, demokratik və suveren Azərbaycan dövlətinin şanlı tarix səhifəsini yazdı. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ən böyük arzusu Qarabağın işğaldan azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması idi. Ulu Öndər Heydər Əliyev dəfələrlə çadır şəhərciklərinə səfərləri zamanı məcburi köçkünlərlə görüşlərində deyirdi ki, "torpaqlarımızın 20 faizi işğal olunub, bir milyondan artıq vətəndaşımız yerindən, yurdundan didərgin düşübdür. Biz məsələni sülh yolu ilə həll etmək istəyirik və əgər işğal olunmuş torpaqlarımız sülh yolu ilə azad edilməsə biz bunu hərb yolu ilə həll edəcəyik".Ata vəsiyyətini layiqincə yerinə yetirən Müzəffər Ali Baş Komandan, Prezident Cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyevin bu fikrini 44 günlük şanlı Vətən müharibəsi zamanı döyüş meydanında tamamladı və tarixi ədaləti bərpa etdi. Qeyd edək ki, Ümummilli Liderin hərtərəfli uzaqgörən siyasətini bu gün Prezident İlham Əliyev uğurla davam etdirməkdədir. Məhz bu uğurlu siyasi kursun məntiqi nəticəsidir ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında dövlətimiz 44 günlük Vətən Müharibəsində mütləq Qələbə qazandı və torpaqlarımızın ərazi bütövlüyü təmin edildi.Bu gün hər bir Azərbaycan vətəndaşı, hər bir insan yaxşı bilir ki, 20 illik rəhbərliyi dövründə hörmətli Prezidentimiz Cənab İlham Əliyev Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olduğunu, Azərbaycan tarixinə qurucu dövlət başçısı kimi daxil olduğunu, Azərbaycanın Cənubi Qafqazın ən güclü müasir və moderin dövlətinə çevirməyi bacaran dövlət başçısı olduğunu və hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu sübuta yetirdi.Bəli, 44 günlük Vətən müharibəsi xalqımızın birliyini, ordumuzun qüdrətini və ən əsası Müzəffər Ali Baş Komandanımız Cənab İlham Əliyevin qətiyyətini, əsl liderlik bacarığını bir daha dünyaya nümayiş etdirdi. Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra regionda və bölgədə yeni reallıqlar yaratdı. İndi ölkəmiz Postmünaqişə dövründə diktə edən dövlət kimi böyük nüfuz və güc sahibidir. Eyni zamanda, Azərbaycan regionda, Cənubi Qafqazda sülhün və təhlükəsizliyin əsas təminatçısıdır. Bu gün dövlətimizin əsas prioritet məsələlərindən biri Vətən müharibəsi zamanı işğaldan azad olunmuş ərazilərimizdə infrastruktur layihələrinin icrası, kənd təsərrüfatı sahələrinin inkişaf etdirliməsidir. Ölkə Prezidenti Cənab İlham Əliyevin müvafiq Sərəncam və tapşırıqlarına əsasən, bu gün işğaldan azad olunmuş ərazilərimizdə quruculuq-bərpa işləri uğurla davam etdirilir. Düşmən tapdağından azad olunmuş Ağdam rayonunda infrastruktur layihələrinin uğurla icra olunması söylənilənlərə bariz nümunədir. Artıq təsdiq edilmiş Baş Plana əsasən, Ağdamda quruculuq-bərpa işləri sürətlə davam etdirilir. Baş plana əsasən, Ağdam şəhərinin ərazisi 1750 hektar, şəhərətrafı bağlar 2450 hektar olacaq. Burada ağıllı və dayanıqlı sosial infrastruktur yaradılacaq. Ağdam şəhərində həm fərdi evlər, həm də yüksəkmərtəbəli yaşayış binaları inşa olunacaq.Bu gün qürur hissi ilə deyə bilərik ki, indi Böyük Qayıdışın nəticəsi olaraq işğaldan azad olunmuş digər rayonlarımız kimi Ağdam rayonu da dirçəlməkdədir. Artıq ölkə Prezidenti Cənab İlham Əliyevin müvafiq tapşırıqları əsasında Ağdamda nəqliyyat yolları, sənaye parkı, digər infrastrukturlar inşa edilib və bu proses bu gün də uğurla davam etməkdədir. Artıq ağdamlı məcburi köçkünlər səbirsizliklə işğaldan azad edilmiş ərazilərə qayıdacaqları günü gözləyirlər və bu gün çox da uzaqda deyil. İşğaldan azad edilmiş ərazilər bu gün geniş tikinti meydançasını xatırladır, tarixi Zəfərdən sonra bərpa işləri dayanmadan və sürətlə davam etdirilir. Ölkə Prezidenti Cənab İlham Əliyevin Ağdama növbəti səfəri bu bölgədə tikinti-quruculuq işlərinin ahəngdarlığının daha da artdığını və Ağdamın nəzərdə tutulduğundan da sürətlə "Böyük Qayıdış"a hazırlaşdığını göstərir. Artıq çox qısa müddət ərzində burada ən zəruri kommunikasiya və sosial infrastrukturların inşası başa çatdırılıb.

Buna misal olaraq qeyd etmək olar ki, Azərbaycanın elektroenergetika tarixində ilk dəfə Qarabağ və Şərqi Zəngəzurun elektrik şəbəkəsinin Regional Rəqəmsal İdarəetmə Mərkəzi, məhz Ağdamda yaradılıb. Eyni zamanda, genişzolaqlı fiberoptik kabelin çəkilişi Ağdamda ən yüksək ötürmə qabiliyyətli sürətli internet xəttinin istifadəyə verildiyini göstərir. Beləliklə, artıq bu ərazidə həm öz doğma evlərinə dönəcək insanların, həm də biznes layihələri həyata keçirmək niyyətində olan sahibkarların elektrik və internet xidmətləri ilə təminatı tam başa çatdırıldı. Qeyd etmək istərdim ki, ölkə Prezidenti Cənab İlham Əliyev 2022-ci ilin 4 oktyabr tarixdə Ağdam rayonuna səfəri zamanı yeni çəkilən Bərdə-Ağdam avtomobil yolunda aparılan işlərlə tanış olmuşdu və eyni zamanda, Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Ağdam rayonunun Eyvazxanbəyli kəndində Atçılıq Nəsilartırma Mərkəzinin, Ağdam rayonunun Xıdırlı və Kəngərli kəndlərinin, şəhərin daxili yol və kommunikasiya şəbəkəsinin, "City Hotel Agdam" mehmanxanasının təməlqoyma mərasimlərində iştirak etmişdilər. Həmçinin, dövlət başçısı Cənab İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Pənahəli Xanın Sarayı və İmarət Kompleksində görüləcək işlərlə tanış oldu, Xurşidbanu Natəvanın abidəsinin açılışında, Ağdam şəhərində keçmiş məcburi köçkünlər üçün inşa olunacaq 470 mənzildən ibarət yaşayış məhəlləsinin, şəhərin dəmir yolu və avtovağzal kompleksinin, rayonun Sarıcalı kəndinin təməlqoyma mərasimlərində iştirak etdilər.Bu gün Azərbaycan yalnız öz iqtisadi resursları hesabına, heç bir beynəlxalq təşkilatdan kömək almadan Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, insanların doğma torpaqlarına geri qayıtması və respublikamızın hər hansı bölgəsində yaşayan keçmiş məcburi köçkünlər üçün daha yaxşı şəraitin yaradılması dövrünü yaşayır. Dövlətimiz regionlarda olduğu kimi, o cümlədən işğaldan azad edilmiş ərazilərdə də yeni şəhərsalma təcrübəsini nümayiş etdirir. Ağdam şəhərinin timsalında bunu aydın şəkildə görürük və bu diqqətə, qayğıya görə biz ağdamlılar ölkə Prezidenti Cənab İlham Əliyevə öz dərin minnətdarlığımızı bildiririk. Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərimiz müasir çağırışlara uyğun olaraq "ağıllı şəhər" və "ağıllı kənd" layihəsi əsasında bərpa edilir.Qazanılan bütün bu son uğurlar bir daha onu təsdiqləyir ki, Azərbaycan Heydər Əliyevin qoyduğu yolla gedərək, inkişaf etmiş ölkələr sırasında nufuzunu qoruyacaq.

Mansur Quliyev
Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının sədri

Digər xəbərlər