Siyasət

  • 1 830

"Uduzan tərəf Ermənistan olacaq” - SİYASİ ŞƏRHÇİ DANIŞDI

image

“Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmamasında günah birbaşa olaraq Ermənistanın üzərinə düşür. Çünki Azərbaycan dövləti dəfələrlə sülh müqaviləsini imzalamağa hazır olduğunu bildirib, danışıqlarda böyük irəliləyiş əldə etməyə çalışıb. Hətta Avropa İttifaqı vasitəçiliyi ilə həyata keçirilən danışıqda Azərbaycanın irəli sürdüyü 5 bənddən ibarət maddələr də Ermənistan tərəfindən qəbul olunub və onlar sülh müqaviləsinin imzalanmasına yaxın olduqlarını bildirmişdilər". Bunu SİA-ya açıqlamasında Trend BİA-nın Baş direktor müavini, siyasi şərhçi Sahil Kərimli deyib.Onun sözlərinə görə, təəssüf ki, bütün bunlar heç bir nəticə verməyib. Hətta vasitəçilərin səyləri də öz nəticəsinə çata bilmədi: "Ermənistan sülh müqaviləsi imzalamaqdan bu gün də boyun qaçırır. Müxtəlif manipulasiyalar etməyə, yalan məlumatlar verməklə dünya ictimaiyyətini yayındırmağa çalışır. Ermənistan 2020-ci ilin 10 noyabr bəyannaməsindəki heç bir şərtinə demək olar ki, əməl etməyib. Sonrakı dövrlərdə də istər Moskva görüşlərində, istərsə də Avropa İttifaqı səviyyəsində aparılan danışıqlarda öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırıb.Məlum olduğu kimi 2022-ci ilin sonunda Ermənistan danışıqların aparılmasından birbaşa olaraq imtana etdi və növbəti dəfə qeyri-konstruktiv mövqeyini ortaya qoydu. Bunu nəzərə alaraq demək olar ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı hər hansı fikir səsləndirmək çox çətindir. Çünki məsələnin kökündə birbaşa olaraq Ermənistanın və onu dəstəkləyən havadarlarının mövqeyi dayanır. Hansı ki, biz bunu Fransanın, müəyyən qədər Rusiya dairələrinin timsalında görürük. Burada xüsusilə İranı vurğulamalıyıq. İran son aylarda Ermənistana qucaq açıb. Ermənistanla müəyyən dostluq münasibbətlərini daha da inkişaf etdirir. Bu isə o deməkdir ki, İran da sülh müqaviləsinin imzalanmasında maraqlı deyil və ciddi cəhdlə bu müqavilənin imzalanmasına mane olmağa çalışır. Hər bir halda proseslərin uzanmasında yeganə uduzan tərəf Ermənistan olacaq”.

Müəllif: Səbinə Hüseynli

Digər xəbərlər