Siyasət

  • 2 007

Planlarımız uğurlu olacaq

image

3 fevral 2023-cü il Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu, Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində 1-ci iclası keçirildi. Cənub Qaz Dəhlizi layihəsininin əsas məqsədi Avropaya qaz tədarükünün təhlükəsizliyinin təmin edilməsi və artırılmasıdır. Bu layihə çərçivəsində hasil ediləcək təbii qazın Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibindən keçməklə İtaliyaya qədər üç min beşyüz kilometrdən artıq uzanan boru kəmərləri vasitəsilə çatdırılması nəzərdə tutulmuşdur. Bu layihənin həyata keçirilməsində fəallıq göstərən və layihəyə yarandığı gündən dəstək verən bir sıra dövlətlərin- Avropa Komissiyasının, Türkiyə, İtaliya, ABŞ, Böyük Britaniya, Gürcüstan, Macarıstan, Rumıniya, Bolqarıstan, Yunanıstan, Albaniya, Moldova, Monteneqro, Serbiya, Ukrayna və Xorvatiyanın yüksək səviyyəli nümayəndələri Məşvərət Şurasının toplantılarında iştirak edirdilər. Eyni zamanda layihələrdə pay sahibləri olan transmilli şirkətlərin və maliyyə qurumlarının rəhbərləri də toplantılara qatılmışdılar.Cənab Prezident İlham Əliyev çıxışında bildirib ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının səkkizinci toplantısından sonra dünyada çoxlu dəyişikliklər baş verib, enerji təhlükəsizliyi milli təhlükəsizlik məsələsinə çevrilib. Cənab Prezidentin sözlərinə görə, Cənub Qaz Dəhlizi iki ildən bir az çox vaxt əvvəl açılıb. Biz artıq TANAP-ın 16 milyard kubmetrdən 30 milyard kubmetrə qədər genişləndirilməsini nəzərdən keçiririk və TAP-ın 10 milyard kubmetrdən 20 milyard kubmetrə genişləndirilməsi haqqında danışırıq. Alternativ enerji mənbəyinə böyük ehtiyac duyulduğunu göstərir. Enerji təchizatının davamlı şaxələndirilməsinin zəruriliyini nümayiş etdirir.Cənub Qaz Dəhlizi fəaliyyətə başladığı gündən bu günə qədər layihəyə qoşulmaq istəyən dövlətlərin sayıda artmışdır. Azərbaycan tərəfindən həyata keçirilən Cənubi Qaz Dəhlizi layihəsinin qlobal siyasi əhəmiyyətini, iqtisadi səmərəliliyini və cazibədarlığını bir daha sübut edir. Əminliklə deyə bilərik ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası Avropaya yeni mənbədən nəhəng bir dəhlizlə təbii qazın tədarükü ilə bağlı missiyasının öhdəsindən uğurla gəlir. Cənub Qaz Dəhlizi sabit enerji təchizatının unikal elementidir. Cənub Qaz Dəhlizi vasitəsilə ötürülən təbii qazın həcminin iki dəfə artırılması, yaşıl enerji resurslarının istehsalı və Avropaya nəqli ilə bağlı mütəmadi aparılan danışıqlar, imzalanan sənədlər Avropa üçün Azərbaycan enerjisinin nə qədər vacib olduğunu bir daha göstərir. Onu da vurğulamaq istərdim ki, Cənub Qaz Dəhlizinə və Azərbaycanın digər enerji layihələrinə bütün ölkələr arasında böyük maraq var. Bu maraq günbəgün daha da artmaqda davam edir.Məşvərət Şurası çərçivəsində keçirilən toplantılarda çıxışı zamanı Prezident İlham Əliyev Azərbaycanın həm qaz hasilatını artırmağı, həm də ölkə daxilində enerji səmərəliliyini təmin etməyi planlaşdırdığını bildirərək biz itkilərin azaldılması proqramı, o cümlədən elektrik enerjisi və təbii qazın kombinasiyası əsasında daxili istehlak proqramı üzərində çalışırıq demişdir.Beləliklə imzalanan sənədlər Avropa İttifaqında enerji təhlükəsizliyinin təmin edilməsinə nəzərəçarpan töhfə verəcək. Azərbaycan müasirliyə, inkişafa, enerji təhlükəsizliyinə doğru atılan addımların əsas təşəbbüscüsü və iştirakçısı olmaqla söz sahibliyini nümayiş etdirir.

Abbas Əliyev
YAP Abşeron rayon təşkilatının sədri

Digər xəbərlər